I fəsil Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi



Yüklə 180,23 Kb.
səhifə58/129
tarix02.01.2022
ölçüsü180,23 Kb.
#43523
1   ...   54   55   56   57   58   59   60   61   ...   129
PARAZİTOL.-kitabı-son

Epizootologiyası.Bütün zonalarda yayılmışdır.Dağətəyi ərazilərdə köçəri qoyunçuluqda, itləri çox və baytar-sanitariya tədbirləri aşağı olan təsərrüfatlarda senuroza yoluxma daha çox qeyd olunur.Dəlicə xəstəliyinə əsasən quzular və toğlular, az hallarda yaşlı heyvanlar tutulurlar.

Kliniki əlamətlər.Senuroz qovuğunun (Multiseps multiseps) beyində inkişafı ilə əlaqədar olaraq xəstəliyin əlamətləri 3 mərhələdə özünü büruzə verir.

1-ci ilk mərhələdə heyvanda narahatlıq, titrəmə, eşələnmə büruzə verir, bəzən bu mərhələdə heyvan 4-5 günə ölür.

2-ci mərhələdə senur qovuğu beyinin bir yerində 2-4 ay ərzində inkişaf etdikdə, xəstəliyin sakitlik dövrü keçir, heyvan zəifləyir, səciyyəvi əlamət görünmür.

3-cü mərhələdə qovuq tam böyüdükdən sonra xəstə heyvan yemir, başını yana, yuxarı tutur, aşağı və yuxarıya əyir, bir tərəfə dairəvi fırlanır, titrəyir, irəliyə-geriyə doğru hərəkət edir, qaçır, axırda yatmış vəziyyətdə qalır, kəskin arıqlayır və ölür.



Diaqnozu.Senuroz kliniki müşahidələrlə yanaşı, kəllənin alın sümüklərini əllə yoxlayıb yumuşalma və çökmə yerlərini tapmaqlada müayinə edilir.Senurozu müəyyənləşdirmək üçün allergiya sınağı üsulundan da istifadə edilir.Bundan ötrü senur qovuğunun mayesi antigen kimi işlədilir.

Müalicəsi.Senurozun müalicəsi əslində aparılmayır.Lakin döllük, qiymətli heyvanları xəstəliyin ilk dövründə küllü miqdarda yoluxma olduqda fenbendazol (panakur) və yaxud prazikvantel (dronsit) ilə müalicə etmək olar.Panakur 10 kq diri çəkiyə 1,12 qr hesabı ilə 3 gün dalbadal (cəmi 3,3 qr) daxilə verilməlidir. Cərrahiyyə yolu ilə də senur qovuğunu çıxarmaq olar, lakin bu üsul praktikada tətbiq olunmur.

Senurozdan kəsilmiş və ölmüş heyvanların başı itlərə verilməməli, yandırılmalı və yaxud torpaqda dərin basdırılmalıdır.İtlə hər kvartalda bir dəfə arekolonlə, 1 kq diri çəkiyyə 0,004-0,005 qr, yaxud fenasal ilə 1 kq diri çəkiyə 0,25 qr, parazikvantellə-0,005 qr dehelmintizasiya edilməlidir.



Yüklə 180,23 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin