Yarım dəstə-Taeniota Törədici.Lent şəkilli mərhələdə cinsi yetgin mərhələ Multiseps multiseps əsas sahib, son sahib, axırıncı sahib (definitif sahib) it, canavar, caqqal, tülkü və s. ətyeyən heyvanların bağırsağında parazitlik edir.40-80sm ununluğunda, 200-250 buğumdan ibarət olmaqla, eni 5mm-dir
Parazitin sürfə mərhələsi.Coenurus cerbralisdir.Aralıq sahibləri k/t heyvanları, dağ qoyunu(muflon) cüyür, çöl donuzu(qaban) və s. 10sm diametrdə bəzən də çox qovuq formada olur.
Biologiyası.Bağırsaqlarında lentşəkilli qurdlar (Multiseps multiseps) 40-80 sm uzunluğunda 200-250 buğumdan təşkil olunmaqla itlərin və vəhşi yırtıcıların nazik bağırsağında yaşamaqla, ərtafa küllü miqdarda yumurta tökürlər.Yoluxmuş itlərin kalı ilə qurdun buğumları ətrafa səpələnir otla,su ilə həmin yumurtaları gövşəyən-lər udurlar.Bağırsağa düşən yumurtalardan sürfələr çıxır.Onlar bağırsaq divarını deşərək qana keçir və sonra beyinə daxil olurlar.Burada tədricən böyüyərək 7-9 aydan sonra qovuğa çevrilirlər. Helmintin qovuq şəkilli sürfə mərhələsi cerebralis böyüklüyündə olur.İçərisi maye ilə dolu olan qovuq divarlarının daxili səthində 200-300 rüşeym başçığı olur.İtlər və digər ətyeyənlər senuroza görə məcburi kəsilmiş və ya ölmüş heyvanın başını yedikdə yoluxurlar.Həmin heyvanların bağırsağında rüşeyimlər inkişaf edərək (40-45 gün) yetgin-Muetiseps muetiseps yetkin lentşəkilli helmintə çevrilirlər. Helmintin uzunluğu 80 sm-dən 1metrə qədər olmaqla başçıq, boyuncuq və buğumlardan ibarətdir.Başcığın üzərində 4 sormac və xortumcuğun təpə hissəsində isə 2 cərgədə 32 qarmaqcıq vardır.Buğumlar kvadrat şəkilli və uzunsov olurlar. Yetişmiş buğumların içərisində çoxlu miqdarda yumurtalar olur.