Dəstə-Pseudophyllica (lentvari) SESTODLARIN MORFOLOGİYASI VƏ BİOLOGİYASI Sestodların bədəni yastı və lent şəklində olur.Onların bədən boşluğu, həzm aparatı, qan və tənəffüs sistemi yoxdur.Sestodlar sahibini dəyişməklə inkişaf edir. Sestodlar hermofroditlər.Uzunluğu 1mm-dən bir neçə metrə qədər olur.
Sestodlar inkişaf etmiş formada fəqərəli heyvanların və insanların bağırsaqların-da yaşayır.Sürfə dövründə isə fəqərəlilərin və fəqərəsizlərin toxumalarında olur. Bədənləri 3 əsas hissədən :baş və ya skoleks, boyun və seqment buğumlardan iba-rətdir.Bunların həzm orqanları olmadığı üçün öz qidasını bədəni (strobila) ilə sahibdən sovurur.Sinir sitemi baş hissəsində yerləşən iki həlqədən və bir neçə sinir düyümlərdən bütün bədəni boyu uzanan 6-12 sinir telindən ibarətdir.Sestodlar öz sahiblərini tez-tez dəyişir.Parazitin ifraz etdiyi yumurta axırıncı sahibdən xaric olduqda buna onkosfera və ya sürfənin birinci mərhələsi deyilir ki, bu da aralıq sahiblərdə lorvosit adlanır.Lorvositlər müxtəlif olduğu üçün bir neçə formada olur. Məs: sistiserk, sistiserkoid və exinokokk.
Sistiserk:-adətən kiçik və incə pərdə ilə örtülü kisədən ibarətdir.İçərisində bir qədər maye və skoleks yerləşir.Bu sürfələr axırıncı sahibin bədəninə daxil olduqda, həmin skoleks öz kisəsindən çıxaraq bağırsaq mühitində inkişaf edur.