I fəsil Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi



Yüklə 180,23 Kb.
səhifə47/129
tarix02.01.2022
ölçüsü180,23 Kb.
#43523
1   ...   43   44   45   46   47   48   49   50   ...   129
PARAZİTOL.-kitabı-son

Epizootologiyası.Dağ ətəyi, dağlıq zonalarda, kol-koslu, daş-kəsəkli, çox illik yem bitkiləri olan sahələrdə, quruda yaşayan ilbizlər və qarışqalar çox olduğuna görə, həmin ərazilərdə dikroselioz daha geniş yayılmışdır.Yoluxma əsasən yaz və payız aylarında baş verir.Qaraciyərdə ən çox dikroseliumlara payız və qış aylarında rast gəlinir.

Kliniki əlamətləri.Xəstələr arıqlayır, selik təbəqəsi solğunlaşır, yun və tük örtüyü prpızlaşır, bəzən tökülür, məhsuldarlıq azalır.

Patoloji-anatomik dəyişikliklər.Cəmdək solğun, arıq olur, qaraciyər həcimcə böyüyür, parenximatoz hepatitə xas olan dəyişiklər olmaqla, öd axarları ağ rəngli iri damar kimi olur. Öd axarlarında yaşımtıl bulanlıq qatı maye, mayedə isə külli miqdarda dikroselumlar görünür.

Diaqnoz.Epizootoloji məlumatlar, fekalın təkrar yuma-çökdürmə üsulu ilə koproloji müayinəsi, ölmüş heyvanlarda isə qaraciyərin dikroseliumlara görə yoxlanması əsasında qoyulur.İntensiv yoluxmada qaraciyər böyüyür, sirrozlaşma gedir, konsistensiyası bərkiyir.

Müalicəsi.Fenbendazol (panakur) qoyun və keçilərdə 1 kq diri çəkiyə 100mq (təsiredici maddə 22,2 mq) hesabilə fərdi olaraq daxilə verilməli və yaxud 100-150 baş qoyuna qrup halında bir gün fasilə ilə 2 dəfə səhər tezdən yemlə yedizdirilməlidir.Yaşlı qramalda panakur 1 kq diri kütləyə 150 mq hesabı ilə fərdi olaraq 0,5-1 kq dən yarması və yaxud qarışıq yemlə birlikdə yedizdirilməlidir.

Profilaktikası.Otlaq sahələrində qarışqa yuvalarının ətrafı dikroselium metaserkariləri ilə yoluxmuş qarışqalara görə müayinə edilməlidir.Yoluxmuş qarışqalar adətən zəncir kimi bir-birinə yapışmış"yatmış","donub qalmış" kimi görünürlər. Bu cür sahələrdə heyvanlar otarılmamalıdır.Quruda yaşayan ilbizlərin kökünü kəsmək məqsədilə otlaqlar yaşılaşdırılmalı, kol-kosadn, daş-kəsəkdən təmizlənməli və dezinvaziya edilməlidir.

Dikroseliozla yüksək yoluxma olan təsərrüfatlarda heyvanlar payızın sonu, qış aylarında 2 dəfə dehelmintizasiya olunmalıdırlar.





Yüklə 180,23 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin