I fəsil Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi


FASSİOLYOZUN DİAQNOSTİKASI VƏ MÜBARİZƏ TƏDBİRLƏRİ



Yüklə 180,23 Kb.
səhifə44/129
tarix02.01.2022
ölçüsü180,23 Kb.
#43523
1   ...   40   41   42   43   44   45   46   47   ...   129
PARAZİTOL.-kitabı-son

FASSİOLYOZUN DİAQNOSTİKASI VƏ MÜBARİZƏ TƏDBİRLƏRİ
Coxhüceyrəlilər yarımaləmi:Metazoa

Tip:Plathelminthes

Sinıf:Trematod-(Trematoda) və ya digenetik sorucu (Digenia)

Ailə:Fassiolidae

Cins:Fasciola

Növ:hepatika

Növ:qigiantika
Aralıq sahib:Lymnaea truncatula-F.hepatica kiçik su ilbizi

Aralıq sahib:Lymnaea auricularia-F.qiqanticanın qulaqvari su ilbizi.

Törədiciləri:Fassiolyozu qaraciyərdə parazitlik edən-Fasciola hepatica Fasciola gigantica törədir.Birinci növ adi, ikinci növ isə nəhəng fassiola adlanır.

Fassiolyoza qaramal, camış, qoyun, keçilər tutulur.Donuz, at və digər heyvanlar, həmçinin insanlar da fassiolyoza yoluxurlar.



Biologiyası. Fassiolanın yumurtaları fekalla xaric olunur, otlağa düşür.Bataqlıq, sulu sahələrdə münasib hərarət olduqda yumurtalar 12-16 gün, bəzən də 20-40 gün müddətində inkişaf edir, onlardan mirasidi adlanan sürfələr əmələ gəlir.Yumurtanı tərk etmiş sürfələr ilbizlərin bədəninə daxil olur, arada 1,5-2 ay müddətində inkişaf edib, serkarilərə çevrilər.Sonra serkarilər ilbizi tərk edilib, suya düşür və üzərə su mənbəyinin qırağındakı otlara, daşlara yapışır, orada quyruğunu itirir və bədənindən buraxdığı şirədən əmələ gəlmiş bərk qışa ilə üzərini örtür, adi gözlə çətin görünən nöqtə formasını alır.Fassiola sürfələrinin bu forması adoleskari adlanır və heyvanları yoluxdurmaq qabiliyyətinə malik olur.Heyvanlar ot, bəzən də su ilə adoleskariləri udur bağırsaqla onlar qişadan azad olur, ondan çıxmış sürfə bağırsaq divarından qarın boşluğuna keçir, oradan da qara ciyərin səthinə daraşır və onun parenximasında 2-4 ay müddətində inkişaf edərək, yetkin fassiolara çevrilər. Fassiolalar qaraciyərdə 4-5 ilə qədər yaşayırlar.


Yüklə 180,23 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin