1.Berman:Bu üsul tətbiq edilərkən uzunluğu 15-20 sm olan rezin boru taxılmış şüşə qıflardan istifadə olunur.Rezin borunun aşağı ucu sıxıcı ilə sıxılır və ya mixbər şüşəsi taxılır.Bu cür hazırlanmış qıf xüsusi ştativə yerləşdirilir və ona istiliyi 38-400c olan su tökülür.Qıfın içərisində kiçik gözlü metalsüzkəc yerləşdiri-lir, süzgəcin üzərinə isə 18-20 qr kal və ya 5-10 ədəd qoyun qığı qoyulur. Metal süzkəc olmadıqda onu tənziflədə əvəz etmək olar.Elə etmək lazımdır ki, qıfda olan su kal kütləsinin üzərini örtsün.Berman aparatında qoyunun qığı 1-4 saat, qaramalın kalı isə 6-12 saat saxlanılır.Bundan sonra rezin borunun və ya onun ucuna taxılmış mixbər şüşəsinindibindəki mayedən bir neçə damla əşya şüşəsinin üzərinə qoyulur, 20-40 obyektiki ilə mikroskopiya edilir.Buzovların, qoyun və keçilərin diktiokaulyozunun, protostrongilyatozların, mədə-bağırsaq nematod-ozlarının diaqnostikasında bu üsuldan geniş istifadə olunur.