2.İmaginal dehelmintizasiya: Bu tədbir heyvan orqanizmində artıq cinsiyyətcə yetginləşib yumurta və sürfə verən helminlərə qarşı aparılır. Əksər helmintozlara qarşı mübarizədə imaginal dehelmintizasiya daha yaxşı nəticə verir.
Helmintlərin aralıq və əlavə sahibləri ilə mübarizə.Bir sıra helmintlərin inkişafında aralıq sahib kimi iştirak edən onurğasız canlıların və onların orqanizmində parazit sürfələrinin məhv edilməsində kimyəvi, bioloji və fiziki üsullardan istifadə olunur.
Kimyəvi profilaktika: Baytarlıq sanitariya tədbirləri invazion xəstəlikləri törə-dən parazitlərin və onların keçiricilərinin məhv edilməsi məqsədilə aparılır. Parazi-tar xəstəlikləri yayan gənələrə və həşaratlara qarşı insekto-akarasid preparatlar tət-biq edilir.
Qan-parazitar xəstəliklərinə və araxno-entomozlara qarşı tədbirlər planı şəkldə aparılmalıdır.Konplekslərdə helmintozların yayılmasını müəyyənləşdirmək məq-sədilə ilin hər fəslində kaproloji müayinə və aşkar edilmiş xəstəliklərə qarşı dehel-mintizasiya aparılmalıdır.