HELMİNTOZLARIN MÜAYİNƏ ÜSULLARI(helmintoskopiya,helminto- lyarvoskopiya,makrohelmintoskopiya). HELMİNTOLOJİ YARMA ÜSUL- LARI Parazitar xəstəliklərin yəni helmintozların protozoozların, araxnozların, ento-mozların törədicilərinin biologiyasından və epizootoloji xüsusiyyətlərindən asılı olaraq, onlara qarşı ümumi və xüsusi mübarizə tədbirləri aparılır:
Tam keyfiyyətli və düzgün yemləmə.Helmintozların proflilaktikasında heyvanlara zülal, sulu karbon, vitamin və mineral maddələrlə zəngin olan yemlər verilməsinin böyük əhəmiyyəti vardır. Heyvan bu cür yemləndirildikdə, orqanizmin ümumi müqavimət qüvvəsi artır, onlar helmintlərlə zəif yoluxur.Məs: yod, kobalt, mis və digər mikroelementlərlə təmin olunmuş heyvan ağ ciyər və mədə bağırsaq nematodlarına, Avitamini ilə təmin olunmuş quşlar askaridioza qarşı daha müqavimətli olurlar.
Heyvandarlıq və quşçuluq komplekslərində parazitlərlə yoluxmanın qarşı-sının alınması. Heyvanlar və quşlar komplekslərdə bir sıra helmintozlarla (askari-dioz,oksiuroz, bunostomoz) yoluxurlar.Bunun qarşısını almaq üçün kompleks binaları və gəzinti meydançaları (sahələri) hər gün peyindən təmizlənməli və binadan çıxarılıb xüsusi yerlərdə zərərsizləşdirilməlidir. Binalrda olan su qabları, iş alətləri vaxtaşırı dezinvaziya edici kimyəvi vasitələrlə işlənməlıdır.