Geohelmintozlarda epizootoloji zəncir:xəstə heyvan-torpaq-həssas heyvan olur.
Biohelmintozlarda epizootoloji zəncir:xəstə heyvan-aralıq sahibi-həssas heyvan olur.
Parazit qurdların bir qismi isə şərti olaraq geohelmintlərə aid edilir, çünki onların sonrakı inkişafı torpaqda və daxili orqanlarda deyil, heyvanın dərisi üzərində gedir.
Biohelmintozların törədiciləri bəzən definitiv və aralıq sahibindən başqa, əlavə sahibin də iştirakı ilə də yoluxdurma qabiliyyəti qazanır.
Defintiv və ya son sahib dedikdə helmintin cinsiyyət yolu ilə çoxaldığı, cinsi yetginliyə çatdığı, yaşlı dövrdə parazitlik etdiyi orqanizmlər başa düşülür. (məs: insan,heyvan, quş, balıq və s.)
Dostları ilə paylaş: |