Helmintin qeyri-cinsi yol ilə çoxaldığı və sürfə mərhələlərindən birinin keçerdiyi heyvan isə aralıq sahib adlanır.
Parazitin inkişafında əsas və aralıq sahiblə yanaşı 3-cü sahib də iştirak edir ki, buna da əlavə sahib deyilir.
Aralıq sahibdən fərqli olaraq, əlavə sahibdə helmintin yoluxduruculuq qabiliyyətinə malik olan axırıncı sürfə mərhələsi tamamlanır.
İnsanlar,heyvanlar, quşlar, yem, su, torpaq vasitəsilə biohelmintlərlə sirayətlənmiş aralıq sahibi qəbul etdikdə, yaxud da aralıq sahibinin hücumuna məruz qaldıqda yoluxurlar.Biohelmintozların və geohelmintozların baş verməsi və yayılması parazitin həyat tərzindən asılı olduğundan profilaktika və mübarizə tədbirlərinin aparılması vacibdir.Əgər geohelmintozlar zamanı heyvanlarda yoluxma əsasən helmintlərlə sirayətlənmiş ot, su, torpaq vasitəsilə olursa, biohelmintozlarda xəstəlik mütləq gənə, həşarat və ya xəstə heyvanın ət məhsulları vasitəsilə ötürülür.Yoluxmanın qarşısını almaq üçün xəstə heyvan-aralıq sahibi-həssas heyvan arasındakı zəncir (əlaqə) qırilmalıdır ki, parazit öz inkişafını tamamlaya və nəslini təzələyə bilməsin.
Geohelmintozlara qarşı mübarizə, biohelmintozlara nisbətən xeyli çətindir. Çünki xarici mühiti yoluxmadan qorumaq üçün kompleks mübarizə tədbirləri müntəzəm sürətdə aparılan profilaktika işləri ilə əlaqələndirməlidir.
Biohelmintozlara qarşı mübarizə zamanı isə əsas aralıq və əlavə sahib arasındakı əlaqəni kəsməklə, parazitin sonrakı inkişafının dayandırılması sayəsində yoluxma aradan qaldırılır.
I
Dostları ilə paylaş: |