Helmintozlara qarşı xüsusi proflilaktika və müalicə tədbirləri. Heyvan orqanizmində helmintləri məhv etmək üçün kimyəvi preparatlardan-anthel-mintlərdən geniş istifadə olunur.Bu tədbirədədehelmintizasiya deyilir.Bu tədbir helmintin bioloji və törətdiyi xəstəliyin epizootoloji xüsusiyyətləri nəzərə alınmaqla müxtəlif fəsillərdə, müəyyən qrafik əsasında aparılmalıdır.
1.Preimaginal dehemintizasiya:Bu tədbir heyvan orqanizmində cinsiyyətcə yetgin mərhələyə çatmamış helmintlərə qarşı aparılır.Tədbir preimaginal üsulla aparıldıqda ətraf mühitin helmintlərin yumurta və sürfələrlə yoluxmasının qarşısı alınır.Monioza və digər helmintozlara qarşı preimaginal dehelmintizasiya aparılır.Bu tədbir fassiolyozun iti formasında daha yaxşı səmərə verir.