X-Fəsil
XÜSUSİ HELMİNTOLOGİYA.
GÖVŞƏYƏN HEYVANLARIN HELMİNTOZLARI.
TREMATODLAR VƏ TREMATODOZLAR
FASSİOLYOZ;DİKROSELİOZ; PARAMFİSTOMOZ
Helmintozlar sinif mənsubiyyətindən Metozoa çoxhüceyrəlilər yarım aləminən asılı olaraq aşağıdakı ardıcılıqla öyrənilir:
1.Plathelminthes–Tipi 1.1Trematodozlar-Trematoda sinfinin törətdiyi xəstəlik-lər.
2.Sestodoses-Yarım tip 2.1Sestodozlar-Sestoidea sinfinin törətdiyi xəstəliklər.
3.Nemathelminthes-Tipi 3.1Nematodozlar-Nematoda sinfinin törətdiyi xəstəlik-lər.
4.Acantocephales-Tipi 4.1Acantosefalyozlar- Acantocephalata sinfinin törətdiyi xəstəliklər.
Yastı qurdlar tipi-Plathelminthes
Trematodlar-Trematoda və ya Digenetik sorucular-Digenea sinfi
Trematodlar və ya digentik sorucular sinfi yastı qurdlar tipinə daxil olduğu üçün tipə xas olan bir sıra əlamətləri özlərində əks etdirirlər:
1.Bədəninin bilaterial simmetrik qurluşlu olması.
2.Bədənin bel-qarın istiqamətində yastılaşması.
3.Bədən boşluğuna malik olmaları.
4.İfrazat sisteminin təşəkkül tapması.
Trematod sözü yunan sözü olub sormaclı deməkdir. Onların əksəriyyəti ağız və qarın sormacına malikdir.Digenetik sorucu da deyilir.Digeniya sözü də yunan sözü olmaqla Dic-iki, genezis-nəsil deməkdir.Belə ad verilməsinə səbəb əksər tremato-dun inkişafının tamamlanmasında 2 sahibin:-əsas sahib və aralıq sahibin iştirak etməsi olmuşdur.Trematodlar sinfinə 5000-ə qədər növ daxildir.Həmin növlərə insan, heyvan və quşların müxtəlif orqanlarında təsadüf edilir.
Dostları ilə paylaş: |