Helmintoloji yarma üsulları.Bu üsul iki yerə bölünür:1.Natamam helmintoloji yarma üsulları 2.Tam helmintoloji yarma üsulu
1.Natamam helmintoloji yarma üsulu-ölmüş və ya kəsilmiş heyvanları yarıb, onun ayrı-ayrı orqanlarını tədqiq etməyə əsaslanır.Bu üsulla helmintlərin növünü və ümumi miqdarını aşkar etməyin böyük nəzəri və praktiki əhəmiyyəti vardır.
2.Tam helmintoloji yarma üsulu-Tam helmintoloji yarma apararkən əvvəlcə heyvanın dərisi soyulur.Sonra bütün daxili orqanları bir-birindən ayrılaraq qablara qoyulur.Mədə-bağırsaq orqanlarının möhtəviyyatı qaba sıyrılır.Bu orqanların divarının selikli qişası qaba qaşınır.Möhtəviyyatın üzərinə su tökülür.Hər 20-30 dəqiqədən bir suyun üst təbəqəsi süzülür.Bunu bir neçə dəfə təkrar etmək lazımdır.Çöküntü şüşə qablara yığılır, ondan hissə-hissə petri kasasına tökülərək, helmintlər aşkar edilir, sonra isə təfriq edilir.
Çox kiçik ölçüdə olan helmintləri görmək üçün bəzi orqanların toxuması sıxma üsulu ilə müayinə edilir.Bu zaman orqanın kiçik bir neçə damçı su əlavə edildikdən sonra, 2-ci əşya şüşəsi və ya örtücü şüşə ilə örtülərək baxılır.Üst şüşə təzyiq altında sıxılır ki, bu zaman parazitin hissələri daha aydın görünür.
Heyvanların bir qrup helmintlərlə yoluxmasını bilmək üçün müxtəlif orqanların tam və ya tam olmayan helmintoloji yarılması vacibdir.Məs: ağ ciyərlərdə parazitlik edən helmintlər toplanır.Sonra ağ ciyər xırda hissələrə doğranıb qaba qoyulur və üzərinə su tökülür.10-15 dəqiqədən sonra orqanın hissələri yuyulur.Sonra isə sıxılaraq kənar edilir.Qalan su çökdürüldükdən sonra onun üst təbəqəsi ehmalca süzülüb atılır.Çöküntüyə lupa altında baxılır.Bağırsaqları yarmaqla heyvanların bir çox sestod və nematodlarla yoluxmasını bilmək olar.
Tam və natamam helmintoloji yarma zamanı toplanan trematod və sestodlar 700-li etil spirtində, yumru qurdlar və tikanbaşlı qurdlar isə 3%-li Barbaqallo məhlulun-da konserləşdirməklə uzun müddət saxlanılır.
Dostları ilə paylaş: |