I fəsil Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi


Dostluq şəraitində yaşama-simbioz



Yüklə 180,23 Kb.
səhifə6/129
tarix02.01.2022
ölçüsü180,23 Kb.
#43523
1   2   3   4   5   6   7   8   9   ...   129
PARAZİTOL.-kitabı-son

Dostluq şəraitində yaşama-simbioz

Simbioz münasibət həm yaşama yeri (kirayənişin), həm də qida münasibətində ola bilər. Bəzən bu iki münasibət bir-biri ilə sıx əlaqədə olur.



Bir tərəfli simbioz – simbioz zamanı bir orqanizm öz xeyri üçün başqa orqanizmdən istifadə edərək bu zaman ona zərər vurmur. Məsələn, dəniz sorucusu müxtəlif molyuskaların gövdəsinə yapışaraq hərəkətdə olur, özü bu zaman yaxşı qidalanaraq molyuskaya heç bir zərər vermir.

Qarşılıqlı simbioz – mutualizm. Belə yaşayış zamanı hər iki orqanizm bir-birinə xeyir verir. Məsələn, krab dəniz xərçəngi (Mellia tesselata) aktiniyanı özdolayıcıları ilə tutaraq özünü müdafiə edir, bu zaman aktiniya hərəkət etmə imkanı qazanır.

Bəzi hallarda aktiniya tək yaşayan xərçəngin (Eupagurus predeauxi) üzərində yaşayır, bu zaman o xərçəngi özünün dolayıcı orqanları ilə müdafiə edir, özü isə qidalanma üçün yaxşı imkan qazanır.

Bəzi hallarda mutualizm elə sıx inkişaf etmiş olur ki, bu zaman orqanizmdən biri digərindən ayrı yaşaya bilmir. Məsələn, işgənbədə olan infuzorlar sellüozanı parçalayaraq heyvan orqanizmi üçün qəbul edilə biləcək vəziyyətə salır.

Kirəkeşlik zamanı bir orqanizm başqasından müvəqqəti sığınacaq kimi istifadə edir. Məsələn, kiçik balıq olan qorçaik (Rhodeus omarus) öz kürüsünü ikilaylı mollyuskanın mantiya boşluğuna tökür. Beləliklə balığın nəsli davam edir, molyuska heç bir zərər çəkmir, qorçaik isə belə kirəkeşlikdən yalnız fayda götürür.

Kommensalizm – bu zaman bir orqanizm qida məqsədilə başqa orqanizmin yediyinin artıqları ilə qidalanır, bu zaman sahibinə heç bir ziyan vurmur. Məsələn, ağız boşluğunda olan qeyri patogen ibtidailər (Trichomanas elongatus) və heyvanlar (Eutamoeba suigingivalis) dişlərin dibində qalan qida qalıqları ilə qidalanırlar.


Yüklə 180,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin