I fəsil Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi



Yüklə 180,23 Kb.
səhifə8/129
tarix02.01.2022
ölçüsü180,23 Kb.
#43523
1   ...   4   5   6   7   8   9   10   11   ...   129
PARAZİTOL.-kitabı-son

birinci: -orqanizm daxilində və ya orqanizmə toxunmadan parazitlik mümkün deyil.

ikinci: - parazit sahibinin ifraz etdiyi şirəni, toxumları yeyərək qidalanır;

üçüncü: - parazit öz sahibinə patogen təsir edir.

Göstərilən bu əlamətlər təkamül prosesi nəticəsində inkişaf edərək xarici mühitin təsiri altında formalaşmışdır.

Aydındır ki, simbiozla parazitlik arasında kəskin hüdud qoymaq olmaz. Belə ki, bir formanın digərinə keçməsi çox müşahidə olunur. Məsələn, taxtabitinin yırtıcı qan soran növü ilə yanaşı həşəratla qidalanan sərbəst növü də məlumdur. Yataq taxtabitisi yalnız insan, ev quşu və digər heyvanların qanını sormaqla yaşayır.

Parazitizmin daha bir növü, hiperparazitizm (çox yüksək parazitlik) növü də məlumdur. Bu zaman bir parazit digər parazit üzərində yaşayır. Məsələn, sadə qamçıllı (Histomonas meleagridis) nematod (Heterakis gallinarum) yumurtaların üzərində parazitlik edir. Hər iki parazit hind toyuqlarının bağırsaqlarında yaşayır və hər biri ayrılıqda xəstəlik törədir. Hiperparazitlik helmintlər, həşəratlar və gənələr arasında mövcuddur.




Yüklə 180,23 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin