Yalançı parazitizm – Sərbəst yaşayan bir orqanizmin təsadüfən başqa bir orqanizmə düşərək müəyyən müddət onun daxilində yaşamasıdır. Məsələn, taxıl ziyanvericisi-gənə-qarışıq yemin tərkibində heyvanın bağırsaq yollarına düşərək bağırsaq pozğunluğu törədir.
Parazitin çoxalmadan qurd şəklində yığıldığı sahiblərə rezervaur sahiblər deyilir.
Belə sahib inkişaf mərhələsində parazitə lazım olur, lakin o qurdları toplayaraq daşıyır və son sahibin yoluxmasında mühüm rol oynayır. Misal olaraq toyuqların bağırsağında yaşayan nematodu – Heterakis gallinarum –göstərmək olar. Bunların sürfələri torpaq qurdlarının orqanizmində yaşayır və toplanır.
Parazitin qeyri spesifik sahibin orqanizmində çoxalmamasını süni yolla uzatmaq mümkündür. Bunun üçün sahibin müqavimətini azaltmaq üçün maddə yeridilir. Həmçinin hələ müqavimətin inkişaf etmədiyi cavan, yeni doğulmuş heyvanlardan istifadə etmək olar.
Parazitlər (xəstəlik) heyvanlardan həssas heyvanlara qansorucu həşəratlar və gənələr vasitəsilə ötürülə bilər. Əgər törədici inkişaf dövrünün bir hissəsini (xəstə heyvanda daşıyıcıda) keçirirsə belə daşıyıcı spesifik daşıyıcı adlanır, əgər törədici daşıyıcıda inkişaf etmirsə bu qeyri-spesifik mexaniki daşıyıcı adlanır. Qeyri spesifik daşıyıcı vasitəsilə törədicinin ötürülməsi onun qidalanması zamanı baş verir. Daşıyıcı törədicini əvvəl parazitdaşıyan heyvandan alır, sonra isə qidalanarkən onu həssas heyvana ötürür.
Dostları ilə paylaş: |