İNVAZİON XƏSTƏLİKLƏRİN KİMYƏVİ PROFİLAKTİKASI
Ektoparazitar xəstəliklərin profılaktikasında daşıyıcı-gənələr və parazit həşəratlarla mübarizə aparmaq üçün müxtəlif preparatlardan istifadə olunur ki, bunlara insektoakarisidlər deyilir. Bunları heyvanın dəri örtüyünə sürtdükdə onlar gənə və parazit həşəratları məhv edirlər. Bununla onların müəyyən müddət aşkarolmasının qarşısı alınmış olur. Akarisidlərin tətbiq edilməsi heyvanlarda piroplazmidozların törədiclərinin invaziya əmələ gətirməsinin qarşısını alır.
Helmintoz xəstəliklərin profilaktikasında heyvanlara yem vasitəsilə kimyəvi preparatlar vermək məsləhət görülür. Onlar sürfələri məhv edir və ya helmintlərin orqanizmində inkişafının qarşısını alır.
Bir sıra protozoy xəstəliklərin profilaktikası üçün heyvanın qanına və dəri altına müəyyən preparat yeridilir ki, bu da törədicni məhv edir və ya onun aktivliyini məhdudlaşdırır.
Kimyəvi preparatın təsiri ilə parazitin bioloji aktivliyinin azalması nəticəsində qeyri steril immunitet və premünisiya edən profılaktika adlanır. Bu metoddan xüsusilə piroplazmidozlar zamanı geniş istifadə olunur.
Parazit əleyhinə profılaktikada invaziya törədicisinin heyvan orqanizmindən kənarda məhv edilməsi metodu xüsusi əhəmiyyətə malikdir. Bu zaman müalicəyə və kimyəvi profilaktikaya ehtiyac qalmır. Bu zaman törədicilər xaric mühitdə, bioloji kimyəvi metodlarla, ara sahiblər və daşıyıcılar məhv edilir.
Profılaktikada mühüm tədbirlərdən biri heyvanların saxlama və yemləmə şəraitin yaxşılaşdırılmasıdır ki, bu zaman heyvan orqanizminin törədiciyə qarşı müqaviməti yüksəlir. Arıq və ya daha aşağı keyfıyyətli yem yeyən heyvan sağlam heyvana nisbətən törədiciyə daha həssas olur, xəstəliyi ağır keçirir, müalicə preparatının effektliyi daha aşağı olur.
Bunlardan başqa profılaktika bir sıra müalicəvi və kimyəvi profılaktik vasitələrdən istifadə etməklə aparılır. Müalicə zamanı invaziya törədicisi heyvanın orqanizmində məhv edilir və ya onun bioloji aktivliyi azaldılır.
Praktik şəraitdə profılaktika ardıcıl və kompleks şəkildə aparılmalıdır. Profılaktik tədbirlər sistemi o zaman effektli hesab edilir ki, bu zaman əlavə kənar itkiyə yol verilməsin. Onun dəyəri iqtisadi effektliyi mütləq planlaşdırılmalıdır. Parazitologiya elminin hazırladığı metodlar hər il küllü miqdarda heyvanların çıxdaş edilməsinin qarşısını alır. Profılaktik tədbirlərdə fasiləyə yol vermək çox böyük itkiyə səbəb olur. Baytar profılaktik tədbirlərinin yaxşı qurulması nəticəsində məsələn, Özbəkistanda heyvanlar arasında bir çox invazion xəstəliklərin qarşısı alınmışdır. Son on ildə ildə iribuynuzlu heyvanlar (IBH) arasında piroplazmidoz 4,2 dəfə, xırda heyvanlarda helmintozlar 9 dəfə azalmışdır.
Azərbaycanda mübarizə və profılaktik kompleks tədbirlər dövlət epizootiya əleyhinə tədbirlər planına daxil edilir.
Heyvandarlıq komplekslərində və quş fabriklərində parazitar xəstəliklər əleyhinə tədbirlər.
Iri heyvanların komplekslərində, quş fabriklərində və digər ixtisaslaşdırılmış təsərrüfatlarda baytar-sanitar tədbirlər elə aparılmışdır ki, heyvanlar həm infeksion, həm də invazion xəstəliklərdən qorunmuş olurlar. Bu məqsədlə təsərrüfatın baytarxidməti kompleksin tikilməsindən başlanmş onun tam qurtarmasına və istismarına qədər nəzarət edən tədbirlər hazırlamalıdır.
Invazion xəstəliklər zamanı baytar tədbirləri insanların yoluxmasının qarşısını almağa, iqtisadi itkiyə yol verməməyə, heyvanların xəstələnməsi və məhv olması səbəblərini aradan qaldırmağa yönəlməlidir.
Heyvandarlığın ixtisaslaşdırılması bir sıra yeni baytarlıq məsələləri qaldırmışdır ki, bunlardan da ən mühümlü orqanizm və onu əhatə edən mühit arasındakı qarşılıqlı münasibətdir. Bu məsələnin aktuallığı iki faktorla əsaslandırılır:
Yeni təsərrüfatlarda heyvanların çox sıx şəraitdə saxlanması və bu şəraitdə heyvanların fızioloji vəziyyəti.
İxtisaslaşdırırılmış təsərrüfat zonasında olan fərdi mal-qara daima baytar nəzarəti altında olmalı, müntəzəm sürətdə profılaktik işləmədən keçirilməlidir.Kompleks ərazisində it və pişik (yalnız qarovul itlərindən başqa) saxlamaqqadağandır. Qarovul itləri quduzluq əleyhinə vaksinasiya edilir və hər kvartalda dehelmintizasiya aparılır.
Heyvana baxanlar müntəzəm olaraq tibbi müayinədən keçirilirlər. Tenioz, teniarinxoz və başqa invaziyası olan şəxslər fermada işləməyə buraxılmır.
Ana donuzlar (ümumi başın 10%) koproloji müayinədən keçirilir. Helmeintizasiya aparılır və nəticəsi yoxlanılır.
Xüsusi peyinsaxlanan yerləri təşkil edilir. Milçəklər ləğv edilir. Dezenseksiya ən çox yazda (havanmın temperaturu +10° olduqda) aparılması məsləhət görülür. Bununla yanaşı olaraq deratizasiya tədbirləri də həyata keçirilir.
Otlaqlardan çəpərləmə üsulu ilə istifadə olunur. Heyvanlar otlağa çıxarıldıqdan 1,5 ay sonra dehelmentizasiya olunur.
Əhalinin sanitar mədəniyyətini yüksəltmək üçün tədbirlər görülür. Yumurta istehsal edən iri quş fabriklərində invazion xəstəliklərin profılaktikasına xüsusi diqqət edilməlidir. 60-150 günlük cavanlar yetişdirilən təsərrüfatlarda helmintozlarla yoluxma imkanı daha böyükdür. Buna görədə belə təsərrüfatlarda vaxtaşırı müayinələr aparılmalıdır.
Eymeriozlar hər bir quşçuluq təsərrüfatına böyük zərər vurur. Müxtəlif preparatlardan istifadə etməklə bu xəstəliyə qarşı mübarizə aparmaq çox mühüm bir məsələdir.
Helmintozlara qarşı mübarizə müntəzəm sürətdə, planlı şəkildə elmin müasir nailiyyətlərindən istifadə edilməklə aparılmalıdır.
Dostları ilə paylaş: |