Bioloji metodlara aiddir: Peyinin biotermik zərərsizləşdirilməsi, otlaqların şüalanması və meliorasiyası, su hövzələrinin qurudulması, otlaq sahələrinin növbələşdirilməsi və çox illik mədəni otlaq sahələri yaratmaq. Bütün bunlar zamanı parazit və onların ara sahibləri həmçinin daşıyıcılar məhv edilir. Məsələn, Şimali Qafqazın ayrı-ayrı ərazilərinin təkcə şumlanması heyvanlarda Boozhilus calcaratus gənəsinin yox olmasına və iribuynuzlu heyvanların (IBH) piroplazmoz və fransaielyozun ləğv edilməsinə səbəb olmuşdur.