İnvazion xəstəliklərin epizootologiyası
Parazitlərin həm xarici mühitdə, həm də orqanizm daxilində müxtəlif şəraitdə inkişaf etməsi bu xəstəliklərin epizootologiyasında spesifık xüsusiyyətlər təşkil edir. Invazion xəstəliklərin epizootologiyasını öyrənərkən iki anlayışı əsas götürmək lazımdır - invaziya törədicisinin mənbəini və invaziya rezervaurunu.
Invaziya törədicisinin mənbəi - xəstə heyvan və parazit daşımadır (bəzən insan), törədici rezervauru isə-xarici mühit, aralıq sahibivə daşıyıcılardır.
Törədicisi həssas heyvanlara bir başa invaziya mənbəindən keçən xəstəliklər azdır. Buraya təkdırnaqlıların cütləşmə xəstəliyi aiddir ki, xəstəlik bu zaman bir başa cütləşmə zamanı keçir. Parazitilərin çox hissəsi həssas heyvanlara invaziya rezervaurundan keçir. Bir çox törədicilər invazion olmamışdan əvvəl öz həyatının müəyyən bir hissəsini aralıq sahiblərdə, xarici mühitdə və ya daşıyıcılarda keçirməlidir.
Helmintozların törədiciləri geohelmintlərə və biohelmintlərə bölünür. Geohelmintlər aralıq sahib olmadan inkişaf edirlər, biohelmintlər isə bir və ya iki (aralıq və əlavə) sahibin orqanizmində inkişaf edirlər.
Deməli geohelmintlər zamanı xarici mühit deinvaziya olunmalı və xəstə heyvanlar dehelmentizasiya edilməlidir. Biohelmintlər zamanı isə aralıq sahiblər yoluxmadan mühafızə olunmalı, əgər mümkünsə törədicilər aralıq sahibin orqanizmində məhv edilməlidir.
Törədicilər rezervaurlarda invazion vəziyyətdə müxtəlif vaxtlarda ola bilərlər. Aralıq sahiblərdə və daşıyıcılarda olan parazitlər daha uzun müddət yaşaya bilirlər. Yumurta, sürfə və oosistlərin daha çox yaşaması üçün xarici mühitin optimal temperaturu və nəmliyi lazımdır.
Mübarizə tədbirləri işləyib hazırlayarkən parazitlərin təbiətdə inkişaf etmə xüsusiyyətləri, həmçinin aralıq sahiblər və daşıyıcılar nəzərə alınmalıdır ki, buna da kənar məhəlli epizootologiya deyilir.
İnvazion xəstəlıklərenzootik və epizootik şəkildə keçə bilər.
Enzootikşəkildə baş verən invazion xəstəlik invaziya mənbəinin mühitdə yerləşməşəraitinə görə təyin edilir. Məsələn, fassiolyoz enzootik xəstəliklərə aiddir, çünki onun aralıq sahibi-kiçik göl molyuskası-yalnız müəyyən tipli su hövzələrində olur. Iribuynuzlu heyvanların (İBH) piroplazmozu, xəstəliyin geniş yayılmasmına baxmayaraq, yalnız daşıyıcının - Boophilus cinsli gənənin yaşadığı ərazidə baş verir.
Epizootik keçən xəstəliklər azdır. Bunlara sarkoptoidozlar aiddir. Bu xəstəlikyalnız o zaman yayılır ki, xəstə heyvan həssas heyvanlarla kontaktda olsun. Bu hadisə ən çox qış zamanı havalar soyuq olduqda (payız və qışda) baş verir.
Qoturluq xəstəliyin ən çox yayılması müharibə dövründə rast gəlirindi. Belə ki,birinci dünya müharibəsi zamanı vuruşan tərəflərdə olan bütün atlar ucdantutma xəstələnmiş, xəstəlik panzootiya xarakteri almışdır.
Parazitlərlə müvəffəqiyyətlə mübarizə etmək üçün parazitar xəstəliklərin epizootoloji xüsusiyyətlərini bilmək lazımdır. Xəstəliyin baş verməsi və heyvanlar arasında yayılması üçün törədici, daşıyıcı, aralıq sahib və xarici mühit arasmında kompleks qarşılıqlı əlaqə olmalıdır. Bu kompleks epizootoloji zəncirin mərhələləri sayılır. Zəncirdə mərhələlərin sayı törədicinin inkişaf mərhələlərindən asılıdır. (yalnız xarici mühitdə inkişaf etmə, bir neçə orqanizmdə yaşama).
Müxtəlif saylımərhələsi olan parazitar xəstəliklərin epizootologiyası, epizootoloji zəncirin əhəmiyyəti, invaziyanın yayılma dərəcəsi coğrafı zonalardan asılıdır. Iki mərhələləli epizootoloji zənciri olan parazitlər üçün bu faktorun xüsusi birəhəmiyyəti yoxdur. Belə ki, parazitlərin törətdiyi invaziyalar çox müxtəlif coğrafı zonalarda rast gəlinir. Bu xəstəliklərin yayılması üçün parazitdaşıma və həssas heyvanların olması kifayətdir.
Epizootik zəncirində üç və dörd mərhələli olan invaziyalar müxtəlif coğrafı zonalarda eyni dərəcədə yayılmamışdır. Şimal dairələrində parazitlərin xarici mühitdə (zəncirin ikinci mərhələləri) inkişaf dövrü çox qısadır.
Əksinə subtropik və tropik ölkələrdə parazitlər bütün il boyu inkişaf edirlər. Buna görə də isti ölkələrdə invaziya soyuq ölkələrdə nisbətən bir çox dəfə artıq yayılmış olur. Buna görə də şimal dairələrində mübarizə tədbirləri cənub ölkələrdən əsaslı sürətdə fərqlənir.
Dostları ilə paylaş: |