I fəsil Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi



Yüklə 180,23 Kb.
səhifə24/129
tarix02.01.2022
ölçüsü180,23 Kb.
#43523
1   ...   20   21   22   23   24   25   26   27   ...   129
PARAZİTOL.-kitabı-son

Transmissiy xəstəliklərin təbii ocaqlılığı haqqında

akademik E.N.Pavlovskinin təlimi

Insanlar arasında transmissiv xəstəliklərin təbii ocaqlılığı haqqında təlim 75il bundan əvvəl işlənmişdir. Hal-hazırda insan və vəhşi heyvanlar, vəhşi və kənd təsərrüfatı heyvanları üçün ümumi olan bir çox xəstəliklərin təbii ocaqlılığı təyin edilmişdir. Təbii ocaqlılıq invazion, viruslu infeksion xəstəliklərə xasdır.

Akademik Pavlov transmissiv xəstəliklərin təbii ocaqlılığını belə şərh etmişdir: «Bu elə bir hadisədir ki, bu zaman törədici onun spesifık daşıyıcısı və heyvan-törədicinin rezervuarı uzun müddət təbii şəraitdə öz nəsillərini dəyişərək insandan asılı olmadan təkamül keçmişdir və bu hadisə hal-hazırda da davam edir».

Təbii ocaqlı xəstəliklər obliqat-transmissiv (törədici spesifık daşıyıcı vasitəsilə verilir) və fakultativ-transmissiv (törədici həm spesifik daşıyıcı həm də su, torpaq və digər xarici mühit faktorları vasitəsilə verilir) xəstəliklərə bölünür.

Xəstəliyin təbii ocağı - özünə xas müəyyən biosenozu olan ərazidir. Biosenoz komponentlərinə heyvan - xəstəlik törədicisinin daşıyıcısı aiddir ki, bu qansorucuhəşəratlar və gənələr üçün donor rolunu oynayır. Sonralar qansorucu həşəratlar (kor milçək, ağcaqanad, birə və s.) və gənələr xəstəlik törədicisini xəstə heyvandan sağlam heyvana daşıyıcı rolu oynayırlar.

Təbii ocaq həm vəhşi təbiətdə, həm də insanın fəaliyyət zonasında ola bilər.

Bu onunla izah olunur ki, bəzi ətyeyənlər və quşlar-təbii-ocaqlı xəstəliklərin daşıyıcıları insan və heyvanlar olan binalarda yaşayırlar, Məsələn, sərçə, qaranquş, siçankimi gəmiricilər və s. Belə heyvanlara sinantroplar deyilir.

Xəstəliyin təbii ocaqlılığı haqqında təlimi Pavlovski insan xəstəliyi əsasında hazırlamışdır: Kazaxıstanda Qaraqum vilayətində yayılmış leyşmanyoz və Uzaq Şərqdə (Tayqada) yayılmış ensefalit xəstəlikləri üzərində.

Dəri leyşmaniyozunun sonrakı tədqiqatları zamanı məlum olmuşdur ki, onun törədicisi (Leishmania tropica) gəmiriciləri yoluxdurur (böyük qum siçanı, qırmızı quyruq qum siçanı və s.). Ötürücülər - mığmığalar elə buradaca, gəmiricinin yuvasında yaşayır. Buna görə də leyşmaniyanın dövr etməsi çox sıxdairədə baş verir. Gəmiriciyə hücum edən mığmığa leyşmaniyanı qəbul edir, leyşmaniya onun bədənində inkişaf edir. Sonra növbəti qansorma zamanı mığmığa onu həssas sahibin orqanizminə yeridir. Leyşmaniyanın gəmirici və mığmığa arasında belə dövr etməsi sonsuz olur. Belə təbii ocaq insan və ev heyvanları üçün yoluxma mənbəi ola bilər, əgər insan və ya heyvan yaşayan əraziyə invaziyalı ağcaqanad daşıyıcı daxil olarsa.

Protozoonoz xəstəliklərdən təbii ocaqlı olanlardan toksinozmozu, sarkosistozu, piroplazmidozu, tripanosomozları göstərmək olar. Daşıyıcı ilə əlaqəsi olmayan yalnız respirator, oral və başqa yollarla yoluxan invaziyalar (toksipoplazmoz, sarkosistoz və s.) çox geniş yayılmağa meyillidirlər. Yalnız daşıyıcılar vasitəsinə yayılar invaziyalar (tripoposomlar, tiroplazmidoz və s.) müəyyən ərazi ilə məhdudlaşırlar.

Bəzi entomozlarda da təbii ocaqlılıq qeyd edilir. Məsələn, bütün udlaq milçəyinin süfrəsi (Crivella silenus) ev və əyribuynuz keçilərdə inkişaf edir. Oestrus ovis öz sürfə mərhələsində qoyunlarda, buxara qoyunlarında (erkəklərdə), isə anus ətrafında və s. parazitlik edir.

Milçəklərin sayının həddən artıq olması heyvanların otlaqlarda kütləvi yoluxmasına şərait yaradır.

Helmintozlar arasında da təbii ocaqlı xəstəliklərə rast gəlinir. Tixinelyozun, silveokokkozun və difıllobotriozun təbii ocaqlılığının öyrənilməsinə daha çox diqqət verilmişdir. Trixinelyozun ilkin ocağı təbiətdə, ikinci ocağı biosepozlardadır ki, bu da insanla əlaqədardır. Alveokokkoz tipik təbii-ocaqlı xəstəlik hesab olunur. Sibirdə təbii ocağı olan alveokokkoz zamanı əsas sahiblər şişmiş iti, tülkü, canavardır, aralıq sahib isə müxtəlif gəmiricilər, əsasən çöl siçanıdır. Insan və it yalnız təbii ocaqdan yoluxur. Təbii ocaqlıq həmçinin opistorloz, difıllobotrioz,gövşəyənlərin bir çox stropgilyozları, toksaskaridoz və toksokariozlar, ətyeyənlərin və quşların bəzi helmintozlarında da aşkar edilmişdir.

Təbii ocaqda bir və ya bir neçə invazion xəstəliyin törədicisi aşkar edilir. Biogenozun tərkibində törədicinin və onların daşıyıcılarının bir və ya bir neçə növ donoru mövcud ola bilər. Bir çox xəstəliklər zamanı təbii ocağın komponentləri ilə aktiv mübarizə aparılır. Bu zaman ya ocağın ərazisinə, yaxud biosenoza, ayrı-ayrı hallarda isə daşıyıcılara qarşı qorxuducu, tüstü və s. vasitələrdən istifadə edilir.




Yüklə 180,23 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin