VII Fəsil
DEVASTASİYA HAQQINDA AKADEMİK K.Y. SKRYABİNİN TƏLİMİ
Devastasiya (lat.devastatio-qırmaq, məhv etmək) terminini ilk dəfə akademik Skryabin 1944-cü ildə təklif etmişdir ki, bu da insan və faydalı heyvanların ən çox yayılmış patogen helmintlərdən qorunmasına qarşı yönəldilmiş müalicə-profılaktik tədbirlər kompleksi deməkdir.
1947-c ildə Skryabin «Insan və heyvanlarda helmintoz və başqa xəstəliklərin mübarizəsində devastasiya» adlı kitabını çap etmiş, burada o devastasiyanı törədiclərin bütün inkişaf mərhələlərində məhv etmək kimi göstərmişdir. Bu zaman bütün mövcud olan mexaniki, kimyəvi, fıziki və bioloji tədbirlərdən istifadə olunmalıdır. Sonralar «devastasiya» anlayışı yalnız helmintozlarda deyil başqa invazion xəstəliklərdə də işlədilməyə başlamışdır.
Insan və heyvanları parazitləri kontepdan mühafızə etmək üçün yaranmış bütün müdafıə-profilaktik tədbirlər kompleksinə prezervasiya (preserver-qarşısını almaq) deyilir.
Skryabin devastasiyanı tam və hissəvi formalara ayırır. Tam formada devastasiya zamanı (total forma) ərazidə yerləşən bütün helmint növləri tam məhv edilir, hissəvi devastasiya zamanı yalnız bəzi helmint növlərinin çayı azaldılır.
Helmint invasiyasını tam məhv etmək üçün kompleks helmintoloji tədbirlər həyata keçirilməlidir. Bunlar triada təşkil edir: Müalicə, profılaktika və devastasiya Skryabin göstərir ki, devastasiyaya ayrıca bir proses kimi baxmaq olmaz, o başqa sağlamlaşdırıcı tədbirlərlə sıx əlaqədə həyata keçirilməlidir.
Infeksion və invazion xəstəliklərin terapiyası ətraf mühiti yoluxmadan mühafızə etməklə öz qarşısına əsasbir məqsəd qoyur: xəstəni xəstəlikdən sağalatmaq.
Profılaktika əsasən xəstəliyi sağlam heyvanlara yoluxmaqdan mühafızə etməklə bilavasitə törədiciyə təsir etmək və onu məhv etməyə yönəldilir.
Devastasiya müalicə və profılaktikanın əsas tərkib hissəsidir və öz qarşısına əsas məqsəd qoyur: törədicini fiziki olaraq məhv etmək, bu zaman ümumi profılaktik tədbirlər də nəzərdə tutulmalıdır.
Devastasiya redikal bir tədbir olduğu üçün alim və praktiki işçilərin diqqət mərkəzində olmalıdır.
Devastasiya metodu ilə xəstə təsərrüfat, rayon, vilayət və respublikada sağlamlaşdırılır. Parazitləri məhv etməklə yanaşı onların yaşama şəraitini pisləşdirməklə təsərrüfat daxilində dəyişikliklər aparılmışdır.
Ölkəmizdə akademik Skryabinin devastasiya ideyalarını həyata keçirmək üçün hər cür şərait vardır.
Dostları ilə paylaş: |