Təbii və ya növ qeyri həssaslığı olan heyvanlarda parazitin orqanizmin daxilinə keçməsinə mane olan müxtəlif maneələr (dəri, bağırsağın selik qişası və s.) və orqanizmin özünün müdafiə uyğunlaşması olur.
Heyvanın növ qeyri həssaslığı müəyyən parazit növünə qarşı mühüm əhəmiyyətə malikdir.
Bunu aşağıdakı misalda aydın göstərmək olar: Atlarda ibtidailərdən – pirolozma parazitlik edir. Bu morfoloji cəhətdən İBH-da parazitlik edən piroplazmanın eynidir. Lakin təbii şəraitdə İBH-nın piroplazmozu atlarda yaşaya bilmir. Atlarda olan piroplazmoz isə İBH-da yaşaya bilmir, deməli bunların növ qeyri həssaslığı vardır.
Dostları ilə paylaş: |