IV Fəsil
İNVAZİON XƏSTƏLİKLƏR ZAMANI PROFİLAKTİKANIN
ƏSASLARI
Invazion xəstəliklər zamanı aparılan profilaktiki tədbirlər infeksion xəstəliklər zamanı aparılan profılaktik tədbirlərdən əsaslı sürətdə fərqlənir. Infeksion xəstəliklərin profılaktikasında vaksinasiyadan, seroterapiyadan, dezinfeksiyadan və karantin tədbirlərindən geniş istifadə edilir.
Invazion xəstəliklər zamanı isə vaksinasiya və seroterapiya hələlik geniş praktiki tətbiq edilə bilmir, dezinfeksiyadan isə bütün xəstəliklərdə istifadə etmək olmur.
Bir sıra parazitar xəstəliklər zamanı karantin və məhdudlaşdırmalar qoyulur. Həm insan, həm də heyvanlara yoluxan invaziyalara antropozoonoz invaziya deyilir.
Insanların bir çox invazion və infeksion xəstəliklərinin daşıyıcıları həm də heyvanlarda parazitlik edirlər. Buna görə də onlarmın heyvanlarda məhv edilməsi tədbiri xəstəliyin insanlar arasında profılaktikası kimi qiymətləndirilməlidir. Buradan belə nəticəyə gəlmək olur ki, baytarlıq işi parazit əleyhinə tədbirləri nəinki heyvanları həm də insanları yoluxmadan qoruyur.
Invazion xəstəliklərin törədicilərinə qarşı aparılan əsas profılaktik tədbirlər bioloji və kimyəvi profılaktik tədbirlərdir ki, bunlar həm xəstəliyin qarşısını almağa imkan verir, həm də heyvanları bir çox parazitar xəstəliklərdən sağlamlaşdırmağa imkan verir.
Dostları ilə paylaş: |