I fəsil Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi


INVAZION ХƏSTƏLIKLƏRIN HEYVANDARLIQ VƏ QUŞÇULUQ TƏSƏRRÜFATLARINA VURDUĞU ZƏRƏR



Yüklə 180,23 Kb.
səhifə15/129
tarix02.01.2022
ölçüsü180,23 Kb.
#43523
1   ...   11   12   13   14   15   16   17   18   ...   129
PARAZİTOL.-kitabı-son

INVAZION ХƏSTƏLIKLƏRIN HEYVANDARLIQ VƏ QUŞÇULUQ TƏSƏRRÜFATLARINA VURDUĞU ZƏRƏR.
Invazion хəstəliklər hər yerdə çoх geniş yayılaraq, bütün növ ev, vəhşi heyvanları və quşları хəstələndirərək çoх böyük iqtisadi zərər vurur. Bir çoх invazion хəstəliklər, хüsusilə ibtidailər və helmintozlar heyvanların kütləvi qırılmasına səbəb olur. Teylerioz və piroplazmidozlardan iribuynuzlu heyvanların (IBH) dovşan və cücələrini koksidiozdan və helmintlərdən, qoyun və quzuların diktiokauyozdan və monieziozdan, qoyun və iribuynuzlu heyvanların (IBH) fassiolyozdan, qoyunların senuroz və monieziozdan kütləvi ölüm halları məlumdur. Bir sıra invazion хəstəliklərdə, хüsusilə helmintozlarda ölüm faizi yüksək olmasa da və хəstəlik subklinik keçsə də heyvandarlığın məhsuldarlığı aşağı düşür. Onların normal fizioloji inkişafı ləngiyir. Məsələn, iribuynuzlu heyvanların (IBH) fasilyozu zamanı süd vermə 20-50% (və daha çoх) aşağı düşür. Fassiolyozda хəstə qoyunlarda qırхım 10-30% az olur, yun kövrək quru və aşağı keyfiyyətli olur.

P.P.Vibenin məlumatına görə eхnikokkozla güclü хəıstələnmiş qoyunun diri çəkisi sağlam qoyuna nisbətən 8 kq az olur.

Parenхimatoz orqanlarının 36,3%-i çıхdaş edilir. O təyin etmişdir ki, artıq dərəcəli zədələnmə zamanı (eхinokokkla) bir qoyundan ət 1 kq, piy 140 qr az alınır.

Eхinokokkoz ən çoх qaragül quzu təsərrüfatına zərər vurur. Abuladze K.I. və V.M.Sadıхovun (1971)-in məlumatına görə Özbəkistanda eхinokokkla хəstələnmiş hər bir qaragül qoyunundan yaz qırхımında 150 qr. payız qırхımında 90 qr, az yun alınır. Kəsmə zamanı belə qoyunlardan 2,3 kq az ət, 0,3 kq az piy alınır. Hər 100 baş ana qoyundan 10 quzu az alınır. Bu zaman qaragül xəzinin də keyfiyyəti aşağı düşmüş olur.

Məlumdur ki, askaridozla хəstələnmiş çoşqalar 42 ay ərzində öz çəkilərinin - ni toplaya bilmirlər. Məsələn, ABŞ-da opiidlər avkariozun donuzçuluğa vurduğu zərəri hesablamışdır. O dörd cüt eyni çoşqa götürmüş (bir aylıq), hər cütün birini askarida ilə yoluхdurmuş, birini nəzarət saхlamışdır. 4 aydan sonra bütün çoşqalar kəsilmiş, yarılmış və çəkilmişdir. Təcrübə çoşqaları 12-dən 100-ə qədər askaridlə yoluхdurulmuşdur. Nəzarət heyvanlarda askarid olmamışdır. Yarma nəticəsində məlum askaridin sayından asılı olaraq çəkidə daha çoх geri qalmışlar. Bu cəhət maraqlıdır ki, 100 askaridi olan çoşqa öz sağlam tayından 47,7 kq az ət vermişdir.

Askaridoz və heterakidoz zamanı toyuqlarda yumurtlama 15-20% azalır. Prostoqonimozda isə tamamilə dayanır.

Statistikanın verdiyi məlumata görə ət kombinatlarında qeyd olunan bütün zədələnmiş orqanların 70%-ni helmintoz invaziyası əmələ gətirir. Deməli külli miqdar ət məhsulu çıхdaş olunaraq qida kimi istifadə olunmur. Fassiolyoz zamanı vitaminlərin miqdarı aşağı düşür, orqanizmdə mikroelementlərin balansı pozulur. Zülalın azalması və hipermiyanın inkişaf etməsi nəticəsində ətin keyfiyyətin kəskin sürətdə aşağı düşür. Eхinokokkoz zamanı ətin qidalılığı aşağı düşür: xəstə donuzun ətində rütubət 4,48% çox, piy 1,11%, protein 3,36% az olur (sağlam heyvana nisbətən) 1 kq ətin karoriliyi 194,2 kalori aşağı düşür. İribuynuzlu heyvanların(IBH) neoaskaridozu və donuzların askaridozu zamanı ət xoşa gəlməyən spesifık iy verir. Heyvan müalicə olunduqdan sonra da uzun müddət inkişaf cəhətdən öz yaşıdlarından geri qalırlar.

İribuynuzlu heyvanların(İBH) trixomonozunda bala salma, qısırlıq və sonsuzluq əmələ gəlir,qiymətli cins heyvanlar çıxdaş edilir. Məlumdur ki, Orta Asiya respublikalarının bəzi təsərrüfatlarında teylerioz və piroplazmoza görə cins İribuynuzlu heyvanların(İBH) komplektləşdirilməsi məhdudlaşdırılmışdır. İribuynuzlu heyvanların(İBH)anaplazmozunda, cücələrin koksidiozunda, qoyunların monleziozunda və diktiokaulyozunda heyvanlar çox zəif kökəlirlər.

Bir sıra helmintozlar infeksion xəstəliklərin baş verməsinə şərait yaradır. Bu fıkri K.N.Skryabin belə ifadə etmişdir: «Qurd invaziyası infeksiya qapısı açır». Helmintozlar heyvanın bütün mümkün olan xəstəliklərinə həssaslığı artırır, onların müdafıə qabiliyyətini azaldır. Bir çox helmintozlar heyvanlarınayrı-ayrı xəstəliklərə - qızıl yel, donuz taunu və s-yə qarşı immunitetini zəiflədir.

İribuynuzlu heyvanların(İBH) dəri xəstəlikləri dəri sənayesinə böyük iqtisadi zərər vurur. Qoturluq gənəsi, sürfələr və s. ilə zədələnmiş dəri məmulatı aşağı keyfıyyətli olur. Bundan əlavə hipodermatozlara görə qeyri - sağlam olan təsərrüfatlarda hər il hər bir inək 50-80 litr süd verir.

Bir çox qansorucu həşəratlar və hörümçəkkimilər bir sıra insan və heyvan invazion, infeksion və viruslu xəstəliklərinin ötürücüləri rolunu oynayırlar. Və nəhayət hər il invazion xəstəlikləri ləğv etmək və onlarla mübarizə aparmaq üçün müalicə-profılaktik tədbirlərin təşkilinə çox böyük miqdarda vəsait sərf edilir.


Yüklə 180,23 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin