I fəsil Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi



Yüklə 180,23 Kb.
səhifə12/129
tarix02.01.2022
ölçüsü180,23 Kb.
#43523
1   ...   8   9   10   11   12   13   14   15   ...   129
PARAZİTOL.-kitabı-son

PARAZITIZMIN MEYDANA GƏLMƏSI
Parazitizm sərbəst yaşayan orqanizmlərdən müxtəlif növ simbioz və yırtıcılıq formalarından əmələ gəlmişdir. Təkamül prosesi nəticəsində parazitlərdə sahibin orqanizminə uyğunlaşma əmələ gəlmiş, bəziləri isə həm dəxarici mühitə uyğunlaşmışlar ki, bu da onların təbiətdə çox geniş yayılmasına səbəb olmuşdur. Parazitlə sahibi arasında parazitizim münasibətinin əmələ gəlməsi və təkamülü uzun sürən flogenetik proses nəticəsində meydana çıxmışdır. Həm də bu zaman təkamül yalnız ayrı-ayrı parazitlərdə deyil, tam bir sıra oxşar növlər, daha doğrusu populyasiyalar arasında getmişdir.

Təkamül nəticəsində parazitlərin quruluş və fizioloji funksiyalarında baş verən dəyişikliklər mutasiya dəyişkənliyinə əsasən baş vermişdir. Belə parazitlərin seçilməsi qidalanmaya və xaric mühit dəyişmələrinə daha çox uyğunlaşan fərdlərə görə olmuşdur. Parazitlərin populyasiyasında baş verən dəyişiklik irsi xüsusiyyətlərdə möhkəmlənmişdir. Bunun da daşıyıcıları DNT-dezoksiribonuklein turşusudur.

Irsi əlamətlər nəsildən-nəsilə genetik kod vasitəsilə verilmişdir. Parazit ibtidailərin orqanizmi bir hüceyrədən təşkil olunmuşdur ki, burada bütün həyati proseslər (qidalanma, maddələr mübadiləsi, çoxalma) gedir. Parazit ibtidailərdə də çox hüceyrəli parazitlərdə olduğu kimi ribosomlar, mitoxondriya, lizosomlar və s. olur. Hüceyrədə zülalın sintez olunma qanunauyğunluğu çox hüceyrəli orqanizmdə olduğu kimidir.

Hüceyrənin parazitizmə uyğunlaşma prosesində hüceyrədə qidalanma və hərəkət etməyə uyğunlaşan dəyişikliklər baş vermişdir.

Təbiidir ki, maye mühitdə parazitlik edən parazitlərdə-təkamül nəticəsində hərəkət orqanoidləri əmələ gəlmişdir. Doğurdan da qan plazmasında yaşayan tripanosomda parazitin aktiv hərəkətini təmin edən qamçı və membran əmələ gəlmişdir. Hüceyrədaxili parazitlərə çevrilmiş olan ibtidailərdə sahibinin hüceyrə sitoplazmasına daxil olması üçün xüsusi orqanella- konoid əmələ gəlmişdir.

Çox hüceyrəli orqanizmlər (metazoa) parazit həyat tərzinə keçən zaman onların morfologiyasında az və ya çox dərəcədə dəyişiklik baş vermiş, həmçinin qidalanma, maddələr mübadiləsi və çoxalma üsulları dəyişmişdir. Bəzi çox hüceyrəlilərdə-ektoparazitlərdə-orqanizmin quruluşu demək olar ki, dəyişməmişdir, yalnız qidalanma üsulu dəyişmişdir ki, bunu da qansorucu həşəratda-ağcaqanadda aydın görmək olur. Xarici görünüşünə görə onlar sərbəst hərəkət edən ikiqanadlılardan fərqlənmirlər. Lakin onların xortumu dərini deşmək xüsusiyyəti kəsb etmiş, tüpürcək vəzləri isə qanın laxtalanmasının qarşısını alan maddə-antikoaqulyant-ifraz etməyə başlamışdır.

Başqa çoxhüceyrəlilər-endoparazitlər-uyğunlaşma prosesində, olduqları mühitin dəyişməsinə görə bir sıra morfoloji quruluşlarını itirmişlər. Belə ki, sestodda bağırsaq yoxdur. Bununla yanaşı olaraq helmintlərdə proqressiv-morfoloji-fizioloji uyğunlaşma əmələ gəlmişdir ki, bu da onun bir parazit kimi yaşamasını təmin edir. Belə uyğunlaşmalara tequmentin (bunun vasitəsilə sahibinin qidasını mənimsəyir) inkişafını, möhkəm yapışma orqanının (sorucunun, botriyanın və qarmaqların) əmələ gəlməsini göstərmək olar.

Bundan başqa parazit küllü miqdarda yumurta və sürfə xaric etməklə, çox böyük məhsuldarlığa malikdir.

Parazit xəstəliklərin bir sıra törədiciləri sürətlə böyümə xassəsinə malikdirlər; bəzi sestodlar bir sutka ərzində 10 sm-ə qədər böyüyə bilirlər. Belə sürətlə böyümə və çox nəsl vermə sərbəst yaşayan parazitlərdən fərqli olaraq onların daha təkmilləşmiş qidalanma xüsusiyyətləri ilə izah olunur. Parazit öz böyüməsi üçün lazım olan zülalı, karbohidratları, vitamin və başqa maddələri külli miqdarda mənimsəyir. Bağırsaq parazitlərinin kutikulası parazitin sahibin fermentləri tərəfindən həzm olunmasının qarşısını alır. Parazit məhv olan kimi o lizisiə uğrayır.

Proqressiv uyğunlaşmaya misal olaraq bəzi parazitlərin xarici mühitin zərərli faktorlarına qarşı davamlılığını göstərmək olar. Belə ki, bəzi helmintlərin sürfələri qurumaya çox davamlı olurlar, arqas gənəsi (Argas persicus) bir neçə il ərzində qidalanmadan yaşaya bilir.

Proqressiv uyğunlaşmaya həmçinin sürfələrin daimi yaşayış yerlərinə köçməsini göstərmək olar. Filogeniya prosesi nəticəsində bəzi parazit növləri sahibinin orqanizmində çox mürəkkəb köçmə yolu keçirlər. Bununla əlaqədar olaraq onlar bədənin bütün toxumalarında yerləşə bilirlər. Buna görə də parazit bağırsaqdan və ya dəridən öz yaşadığı yerə hərəkət edir. Bağırsağın divarından, dəridən və ya qan damarı divarından keçmək üçün parazitdə müvafiq orqanlar əmələ gəlmişdir. Məsələn, sestod yumurtasında qarmaqlı onkosfera vardır ki, o bununla bağırsaq epitelisini dağıdır, bəzi girdə qurdların süfrələrində toxumanı deşib keçmək üçün itiləşmiş baş vardır və ya toxumanı keçmək üçün proteolitik ferment ifraz edir. Bağırsaq və ya dəri maneəsini dəf etdikdən sonra parazit qan və ya limfa sistemi ilə daimi yaşayış yerinə gedir.

Köçmənin başqa yolları da mövcuddur. Məsələn, askarid sürfəsi bağırsaqdan qana düşərək qan axını ilə ağ ciyər kapilyarlarına düşür. Bunları deşərək o bronxlara düşür, buradan traxeyaya keçir, oradan udlağa qalxaraq, yenidən ilkin köçmə yerinə, yəni bağırsaqlara düşür və yarım yetkin mərhələyə çatır.

Parazitin olduğu yer həm sahibin orqanizmi, həm də parazitin sahibinin olduğu mühit sayılır. Buna görə də sahibin orqanizmində olan mühit parazit üçün birinci növbəli mühit sayılır. Sahib xarici mühitlə əlaqədardır, həmin xarici mühit parazit üçün ikinci növbəli mühit sayılır.


Yüklə 180,23 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin