Ferma və romplekslərdə hansı parazitosenozlara rast gəlinir?
Ferma və komplekslərdə İBH-r arasında parazitosenozu öyrənərkən artıq 1-2 aylıq buzovlar arasında koksidioz müşahidə edilir, bir aydan sonra parazitoenoz artır. Orqanizmdə stronqiloidoz, trixosefalyoz və s əmələ gəlir. 4-6 aylıq cavanlarda sarkositoz demodekoz qeyd edilir. Cavanlar otlağa çıxarıldıqda onlarda ağ ciyar strongilyatozu, moniezioz əmələ gəlir. Xroniki keçən belə parazitosenoz heyvanları artımdan saxlayır, enterit, arıqlama əmələ gəlir.
Cavanların virus və bakterial infeksiyaya qarşı həssaslığı yüksəlir. Büləliklə parazitosenoz invaziya parazitoz infeksiya ilə ağırlaşır, bütün bunlar isə bir yerdə heyvanın ağır xəstələnməsinə səbəb olur.
Qoyunçuluq ferma və təsərrüfatlarında yaşlı heyvanları müayinə edərkən daşıyıcı şəkildə parazitosenoz (koksidioz, strongilyatoz, trixosefalyoz, moniezioz, sarkosistoz) aşkar edilir. Yaşlı qoyunlar cavanları yoluxduran mənbə olur. 2-3 aylıq quzularda strongiliodozla birlikdə eymerioz qeyd edilir. Bu parazitlər antoqonist olmayıb, hər ikisi bağırsaqlarda sürətlə inkişaf edirlər. Belə ki,bir təsərrüfatda quzular arasında intensiv eymerioz invaziyası ilə yanaşı bütün görüş dairəsində (mikroskopiyada) 600-800 koksidirlər müşahidə edilmişdir. Belə parazitesenoz kütləvi enterit əmələ gətirir, heyvanların arıqlayıb ölməsinə səbəb olur.
4-6 aylıq cavanlarda sarkosistoz əmələ gəlir ki, bu da quzunun orqanizmini zəiflədir, çoх zaman bakteril infeksiya ilə ağırlaşır (kolibakterioz, listerioz və s.). Nəticədə belə parazitosenoz cavanların 20-40% -nin çıхdaş olmasına səbəb olur.
Belə parazitosenozlara donuzçuluq, dovşançılıq və başqa təsərrüfatlarda da rast gəlmək olur.
Parazitoseniza diaqnoz qoyarkən təsərrüfatın baytar həkimi invazion, virus və bakterial хəstəliklərə qarşı kompleks tədqiqat aparmalı və yalnız bundan sonra müalicəvi dərman maddələri, kompleks terapiya və kimyəviprofilaktik tədbirləri müəyyən etməli və həmçinin parazitosenozu ləğv etmə tədbirləri planını işləyib hazırlamalıdır.
Dostları ilə paylaş: |