I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Təhlükəli yüklərin daşınma marşurutu müəyyən edilərkən nələr nəzərə alınmalıdır



Yüklə 493,24 Kb.
səhifə184/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   180   181   182   183   184   185   186   187   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Təhlükəli yüklərin daşınma marşurutu müəyyən edilərkən nələr nəzərə alınmalıdır?

Daşınma marşrutu müəyyən edilərkən aşağıdakılar nəzərdə tutulmalıdır:

  • daşınma marşrutunun mümkün qədər yaşayış məntəqələrindən, eləcə də sənaye obyektlərinin, istirahət zonalarının, təbii qoruqların və memarlıq abidələrinin yaxınlığından keçməməsi;

  • təhlükəli yüklər iri yaşayış məntəqələrindən daşındığı təqdirdə marşrutun mədəni-maarif, tədris, məktəbəqədər tərbiyə və müalicə müəssisələrindən mümkün qədər aralı keçməsi.

  1. Təhlükəli yüklər nəqliyyat vasitələri karvanları ilə daşınarkən karvandakı nəqliyyat vasitələri arasında nə qədər məsafə saxlanmalıdır?

Təhlükəli yüklər nəqliyyat vasitələri karvanları ilə daşınarkən karvandakı nəqliyyat vasitələri arasında aşağıdakı məsafələr saxlanmalıdır:

  • düzənlik yerlərdən keçən yol sahələrində hərəkət zamanı - ən azı 50 metr;

  • dağlıq yerlərdən keçən yol sahələrində hərəkət zamanı - ən azı 300 metr.

Təhlükə potensiallı yükləri daşıyan nəqliyyat vasitələri karvanla hərəkət edərkən daşınmaya məsul olan şəxs qabaqdakı avtomaşında, daşınma şərtləri ilə karvanın mühafizəsi nəzərdə tutulduğu hallarda isə mühafizəçilərdən biri axırıncı avtomaşında olur.

  1. Tez alışan və partlayış təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrnə yanacaq doldurularkən hansı şərtlərə əməl olunmalıdır?

Tez alışan və partlayış təhlükəli yükləri daşıyan nəqliyyat vasitələri mümkün qədər yanacaqdoldurma məntəqələrindən yanacaq doldurmamaq məqsədi ilə daşınma məntəqəsinə qədər yanacaqla təmin olunur.
Yanacaqdoldurma məntəqəsindən yanacaq doldurmaq zəruriyyəti yarandığı təqdirdə nəqliyyat vasitələri ən azı 25 metr aralı məsafədə dayanır və məntəqədən ağzı bağlı metal qablarda gətirilən yanacaqla, yaxud bu məqsədlə ayrılmış xüsusi səyyar yanacaqdoldurma qurğuları vasitəsilə «Daimi və səyyar yanacaqdoldurma məntəqələrinin texniki istismarı qaydaları» ilə nəzərdə tutulmuş tələblərə əməl edilməklə doldurulur.




  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin