II FƏSİL TƏHLÜKƏLİ YÜKLƏRİN DAŞINMASI ZAMANI TƏHLÜKƏSİZLİK QAYDALARI HAQQINDA Avtomobil nəqliyyatı vasitələri ilə təhlükəli yüklərin daşınmasında təhlükəsizliyin təmin olunması hansı qaydalar əsasında tənzimlənir?
Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı vasitələri ilə təhlükəli yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi üzrə əsas tələblər Nazirlər Kabinetinin 27.01.2000-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarına”na əsasən tənzimlənir.
Hansı fiziki və hüquqi şəxslər təhlükəli yüklərin daşınması fəaliyyəti ilə məşğul ola bilər?
Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər təhlükəli yüklərin daşınması üzrə fəaliyyət göstərməsi üçün FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Ağentliyindən xüsusi razılıq (lisenziya) almalıdırlar.
Hansı sürücülər təhlükəli yük daşıyan avtomobilləri idarə edə bilərlər?
Təhlükəli yük daşıyan avtomobilləri ixtisaslaşdırılmış təhsil kurslarında DYP və Dövlətdağmədəntexnəzarət Agentliyi ilə razılaşdırılmış proqram əsasında xüsusi hazırlıq keçmiş sürücülər idarə etməyə buraxılır. Eyni zamçanda bu sürücülərin ən azı fasiləsiz 3 il sürücülük stajı və həmin növ nəqliyyat vasitəsini idarə etməyə uyğun kateqoriyalı sürücü vəsiqəsi olmalı, müvafiq qaydada təlimatlandırılmalı və tibbi yoxlamadan keçməlidir.
Təhlükəli yüklərin daşınma marşurutu kim tərəfindən müəyyən edilir?
Təhlükəli yüklərin daşınma marşrutunun müəyyən edilməsi Azərbaycan Respublikasının Dövlətdağmədəntexnəzarət Agentliyi və DYP ilə razılaşdırılması həmin yükləri daşıyan avtonəqliyyat müəssisələri və ya sənaye müəssisələrinin (hüquqi şəxslərin) avtonəqliyyat təsərrüfatları və fiziki şəxslər tərəfindən həyata keçirilir