Azot, oksigen asitilen və yanar qaz balonları hansı rəngə boyanır?
Azot – qara
oksigen – mavi
asitilen – ağ
yanar qaz balonları – qırmızı.
Mayeləşdirilmiş qaz üçün sisternlərə quraşdırılan ventillərə qoyulan tələb?
Mayeləşdirilmiş qaz üçün sistern və çəlləklərin hər bir doldurucu və boşaldıcı ventilləri tıxacla təchiz olunmalıdır.
Stasionar qab nədir?
Müəyyən bir yerdə istismar olunması üçün daimi quraşdırılmış qablara deyilir.
Markası olan, lakin pasportu olmayan armaturun quraşdırılmasına nə vaxt icazə verilir?
Markası olan, lakin pasportu olmayan armaturun yalnız yoxlanıldıqdan, sınaqdan keçirildikdən və materialının markası yoxlanıldıqdan sonra tətbiqinə icazə verilir. Bu halda armatura, istehsal edən müəssisə tərəfindən pasport tərtib olunmalıdır.
Balonların şəhadətləndirilməsi harada keçirilir və havanın tempraturu nə qədər olmalıdır?
Balonların şəhadətləndirilməsi ayrıca, xüsusi avadanlıqla təchiz olunmuş otaqda keçirilməlidir. Bu otaqda havanın temperaturu 120C-dən aşağı olmamalıdır.
Təzyiq altında işləyən qablar və sisternlər işə buraxılmazdan əvvəl harada qeydiyyatdan keçirilir?
Qaydaların tələblərinin şamil edildiyi qablar işə buraxılmazdan əvvəl FHN-nin müvafiq agentliyində qeydiyyatdan keçirilməlidirlər.
Sisternlər doldurulan zaman nə tərtib olunur və buraya nə qeyd olunur?
Sisternlərin doldurulmasını həyata keçirən müəssisələr və doldurma stansiyaları müdiriyyətin müəyyən etdiyi formaya əsasən doldurma jurnalı tərtib etməli, bu jurnalda aşağıdakılar göstərilməlidir:
doldurulma tarixi;
sisternlərin və çəlləklərin istehsalçısının adı;
sisternlər üçün zavod və qeydiyyat nömrəsi, çəlləklər üçün zavod nömrəsi;
doldurma əməliyyatını yerinə yetirən şəxsin imzası.
Doldurma stansiyasında sisternlər və çəlləklər doldurularkən hər qaz üzrə ayrıca jurnal tərtib olunmalıdır.