Yeraltı polad qaz kəmərləri və onların üzərindəki avadanlıqların kipliyinin və izoliyasiyasının vəziyyəti necə yoxlanılır?
Bütün təzyiqli yeraltı polad qaz kəmərləri, atmaturlar və s. istismar prosesində onların kipliyini, həm də izoliyasiyasının və borunun xarici səthinin vəziyyətini təiyin etmək məqsədi ilə dövrü olaraq yoxlanılmalıdır. Bütün təzyiqli qaz kəmərlərində kipliyin yoxlanılması beş ildə bir dəfədən az olmayaraq aparılmalıdır .
Qaz kəmərlərinin üstü açılmadan kiplik və izoliyasiyasının vəziyyətini necə yoxlamaq olar?
Qazın sızmasını və izoliyasiyasının zədələnməsinin kəmərin üzərini açmadan da xüsusi cihazlar vasitəsi ilə yoxlanıla bilər. Bu məqsədlə burğac üsulu ilə qaz kəmərlərinin kipliyi yoxlanılır. Paylayıçı küçə qaz kəmərlərində burğaç yoxlama quyusu boru birləşmələrinin yaxınlığında, qaz kəmərinin divarından 0,3-0,5 metr məsafədə, qaz kəmərinin üst səthinin yerləşdiyi dərinliyə müvafiq dərinlikdə qazılır; qış vaxtı torpaq donan zaman isə daha artıq dərinlikdə, torpağın donmuş qatını keçənə qədər qazılmalıdır. Paylayıcı küçə qaz kəmərlərində boruların birləşməsi sxemi olmadığı hallarda, həmçinin də həyət və məhəllə paylayıcı qaz kəmərlərində hər 2 metrdən bir quyu qazılmalıdır. Hissetmə qabiliyyəti həcmə görə 0,01 %-də az olmayan yüksək keyfiyyətli cihazlardan istifadə etdikdə quyular arasındakı məsafəni 5 metrə qədər artırmaq olar.
Qaz kəmərinin kipliyinin, borunun xarici səthinin və izoliyasiyasının vəziyyətinin yoxlanılmasının nəticələri necə sənədləşdirilir?
Qaz kəmərinin kipliyinin, borunun xarici sətinin və izoliyasiyasının vəziyyətinin yoxlanılmasının nəticəsi qaz kəmərinin pasportunda qeyd edilməli və qaz kəmərinin təmir növü və müddətləri müəyyən edilərkən nəzərə alanmalıdır. Əgər yoxlama zamanı zədələnmə aşkar edilərsə (izoliyasiyyanın pis vəziyyətdə olması, korroziya ilə zədələnmə), qaz kəmərinin gələcəkdə daha artıq zədələnməsinin qarşısını almaq və aşkar edilmiş zədələrin aradan qaldırılması üçün tədbirlər hazırlanmalıdır.