Yeraltı qurğularla kəsişən qaz kəmərlərinin çəkilməsi zamanı hansı tələblər gözlənilməlidir?
Kommunikasiya kanalları (tunellər), piyada tunelləri, kollektorlar və başqa bunlara uyğun yeraltı qurğular ilə kəsişən qaz kəmərləri, habelə tikintilərdən keçən qaz futliyara salınmalı və korroziyaya (paslanmaya) qarşı örtüklə izolə edilməlidirlər. Futliyarın ucları kəsişdikləri tikilinin xarici divarlarından hər iki tərəfə ən azı 2 m-ə qədər çıxarılmalıdır, təbii yaxud süni düzəldilmiş və sıxılmış torpağa oturdulmalı, qətranlı liflərlə kipləşdirilməli və üzərinə bitum tökülməlidir.
Qaz kəmərinin kəsişmə yerindəki və bundan hər iki tərəfə 5 m məsafədəki bütün qaynaq birləşmələri fiziki nəzarət üsulları ilə yoxlanılmalıdır.
Kollektorun, tunelin, quyunun və s. divarlarından futliyar keçdiyi yerlərə diqqətlə kipləşdirilmələdir Təzyiqi 6 kqq/sm2 (0,6 MPa-dan) artıq olan qaz kəmərlərinin göstərilən tikintilərin divarlarından keçirilməsinə icazə verilmir.
Qaz kəmərləri istilik xətləri ilə kəsişdikləri yerlərdə onların istilik xətləri ilə kəsişdikləri kameraların tikinti konstruksiyalarından, keçidsiz kanallarından və taxçalarından keçirilməsinə icazə verilmir.
Qaz kəmərləri ilə istilik şəbəkələrinin kameraları və taxçaları arasındakı məsafə horizontal (işıqda) 0,3 m-dəm az olmamalıdır. Yeraltı qaz kəmərində, açıcı mexanizmlər qurulmuş quyular hansı tələblərə cavab verməlidir ?
Yeraltı qaz kəmərində, açıcı mexanizmlər qurulmuş quyular tikinti xəttindən, binanın divarından, sənaye, yaxud kommunal müəssisənin hasarından 2 metirdən az olmayan məsafədə habelə ona xidmət etmə üçün əlçatan yerdə yerləşdirilməlidir. Çöl şəraitində quyuların ağzı yerin səhtindən 0,4-0,5 metr hündürdə olmalı və asanlıqla açılan,qıfıllı qapaqla örtürməlidir.
Yerüstü qaz kəmərinin elektrik xətləri ilə kəsişdikləri yerlərdə armaturların kondensat yığıçılarının və başqa qurğuların qoyulmasına icazə verilirmi?
Yerüstü qaz kəmərinin elektrik xətləri ilə kəsişdikləri yerlərdə hər iki tərəfdən 10 metirdən yaxın məsafədə armaturların kondensat yığıçılırının və başqa qurğuların qoyulmasına icazə verilmir.