I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Yasayış evlərində qaz kəmərlərinin çəkilməsi zamanı hansı tələblər nəzərə alınmalıdır?



Yüklə 493,24 Kb.
səhifə51/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   47   48   49   50   51   52   53   54   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Yasayış evlərində qaz kəmərlərinin çəkilməsi zamanı hansı tələblər nəzərə alınmalıdır?

Yasayıs evlərində qaz kəmərlərinin çəkilməsi, yaşayış olmayan otaqlarda nəzərdə tutulmalıdır.
Mövcud olan və yenidənqurma işləri aparılan yaşayış evlərində başqa imkan olmadıqda, alçaq təzyiqli qaz kəmərlərinin yaşayış otaqlarından tranzit kimi çəkilməsinə yol verilir. Tranzit çəkilən qaz kəmərlərinin yaşayış otaqlarından keçən hissəsində yivli birləşmələr və armaturlar olmamalıdır. Qaz dayaqlarının yaşayış otaqlarından və sanitar qovşaqlarından çəkilməsinə yol verilmir.
Daxili qaz kəmərləri, o cumlədən kanallarda çəkilənlər rənglənməlidirlər. Rənglənmək üçün suyadavamlı lak-boya materialları nəzərdə tutulmalıdır.

  1. Yaşayış evlərində və ictimai binalarda (ictimai iaşə muəssisələri və istehsal xarakterli məişət xidməti müəssisələri istisna olmaqla) çəkilən qaz kəmərlərində bağlayıcı qurğular harada nəzərdə tutulmalıdır?

  • beş mərtəbədən yüksək olan mərtəbələrə xidmət edən dayaqları bağlamaq üçün;

  • sayğaclardan qabaqda (əgər sayğaca gedən qazı bağlamaq üçün qaz kəmərinin girişində qoyulmuş bağlayıcı qurğudan istifadə etmək mümkün deyilsə);

  • hər bir qaz cihazının, soba və ya qurğunun qarşısında;

  • istilik sobalarına və ya cihazlarına ayrılan qollarda.

Xörək hazırlanan qazanlara, restoran pilətələrinə, istilik sobalarına və digər anoloji avadanlıqlara çəkilən qaz kəmərlərində ardıcıl olaraq iki bağlayıcı qurğu nəzərdə tutulmalıdır:

  • birini – cihazın (avadanlığın) tam bağlanılması üçün;

  • digərini – odluğun bağlanılması ucun.

O cihazların ki, konstruksiyasında (qaz pilətələri, su qızdırıcıları, soba odluqları və s.) odluqların qarsısında bağlayıcı qurğular nəzərdə tutulub, həmin cihazlara çəkilən qaz kəmərlərində bir bağlayıcı qurğu qoylmalıdır.
Beş və az mərtəbəli yaşayış evlərinin dayaqlarından qazın verilməsini (binaların girişlərində) kəsmək üçün bağlayıcı qurğuların qoyulması yerli konkret şəraitdən, o cümlədən qəza-bərpaetmə və digər işlərin aparıldığı hallarda, bağlanılacaq mərtəbələrin və mənzillərin sayından asılı olaraq layihə təskilatı tərəfindən həll edilir.
Dayaqların bağlanılması üçün nəzərdə tutulan qurğular imkan daxilində binanın xaricində qoyulmalıdırlar.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin