Qaz kəmərlərində bağlayıcı qurğular harda nəzərdə tutulmalıdır?
Qaz kəmərlərində bağlayıcı qurğular aşağıdakı yerlərdə nəzərdə tutulmalıdır:
yaşayıs evlərinin, ictimai, istehsalat binalarının girişlərində və ya bir-birinə bitişik binalar qrupunda qaz sərfedən xarici qurğuların girişində;
həlqələnmiş qaz kəməri olduqda, iki və daha artıq QTM olan sistemlərdə, QTM-ə girişlərdə və QTM-dən çıxışlarda;
qaz kəmərlərindən ayrı-ayrı mikrorayonlara, məhəllələrə, bir sahədə yerləşən evlər qrupuna və ya 400-dən cox mənzili olan evlərə ayrılan qollarda;
qaz təchizatının etibarlığını və təhlükəsizliyini təmin etmək məqsədilə, qaz kəmərlərinin ayrı-ayrı hissələrinin bağlanılması üçün;
su maneələrinin iki və çox xətlə kəsişdiyi yerlərdə, həmçinin su maneələrinin suyun orta axın səviyyəsində eni 75m və çox olduğu və bir xətlə kəsişdiyi yerlərdə;
I və II dərəcəli avtomobil yolları və ümumi dəmir yolu şəbəkəsi ilə kəsişən yerlərdə.
Bağlayıcı qurğuların qoyulmamasına hansı hallarda yol verilir?
Bağlayıcı qurğuların qoyulmamasına aşağıdakı hallarda yol verilir:
müəssisələrin QTM-dən qabaqda, paylayıcı qaz kəmərlərindən müəssisəyə ayrılan qol üzərində olan bağlayıcı qurğu QTM-dən 100 m-dən artıq olmayan məsafədə yerləşdikdə;
ümumi dəmir yolu şəbəkələri və I və II dərəcəli avtomobil yolları ilə kəsişmələrdə keçid sahəsində qazın verilməsini bağlamaq üçün, dəmir yolu və avtomobil yolundan 1000 m-dən artıq olmayan məsafədə bağlayıcı qurğu (xətti siyirtmələr, QTM və QPS-dən sonra bağlayıcı qurğu) yerləsdikdə.
Xarici qaz kəmərləri üzərində qoyulan bağlayıcı qurğular harda yerləşdirilməlidir?
Xarici qaz kəmərləri üzərində qoyulan bağlayıcı qurğular quyularda, yerüstu skaflarda və ya hasarlanmış sahələrdə, həmçinin binaların divarlarında yerləsdirilməlidir.
Yeraltı qaz kəmərləri üzərində bağlayıcı qurğuların yerləsdirilməsi, bir qayda olaraq, quyularda nəzərdə tutulmalıdır.
Bağlayıcı qurğuların yerləşdirilməsi onlara xidmət etmək üçün əlverişli olan yerdə nəzərdə tutulmalıdır. Paralel çəkilən qaz kəmərlərində qoyulan bağlayıcı qurğular bir-birinə nisbətən elə qarşılıqlı məsafədə yerləşdirilməlidirlər ki, onların sökülüb-yığılması və onlara xidmət edilməsi üçün əlverişli şərait təmin olunsun.
Bağlayıcı armaturların sökülüb-yığılmasını təmin etmək üçün, quyularda kompensasiya qurğuları nəzərdə tutulmalıdır.