I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Bir neçə yerüstü qaz kəməri, yaxud qaz kəməri ilə başqa boru kəmərləri eyni dayaq üzərində birlikdə çəkilə bilərmi?



Yüklə 493,24 Kb.
səhifə45/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   41   42   43   44   45   46   47   48   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Bir neçə yerüstü qaz kəməri, yaxud qaz kəməri ilə başqa boru kəmərləri eyni dayaq üzərində birlikdə çəkilə bilərmi?

Bir neçə yerüstü qaz kəməri, yaxud qaz kəməri ilə başqa boru kəmərləri birlikdə çəkildikdə, əgər qaz kəmərinin və onun dayaqlarının saxlama qüvvəsi buna imkan verirsə, alçaq və orta təzyiqli qaz kəmərlərinə başqa qaz kəmərlərinin və ya boru kəmərlərinin bərkidilməsinə icazə verilir. Belə bərkitmənin mümkün olub-olmaması layihələşdirici təşkilat təyin etməlidir. Bu məqsədlər üçün dirsəklərin (kronşteyinlər) qaynaq edilməsinə ancaq sənaye müəssisələri ərazisində olan qaz kəmərlərində icazə verilir. Dirsəklər (kronşteyinlər) boru divarlarının qalınlığı 6 mm-dən az olmayan qaz kəmərlərinin dairəvi tirlərinə,yaxud qabırğalara qaynaqla bənd edilməlidir. 6 mm-dən az olmayan qaz kəmərlərinin dairəvi tirlərinə, yaxud qabırğalara qaynaqla bənd edilməlidir.

  1. Nəm qaz nəql edən daxili qaz kəmərlərinin çəkilməsi mailliyi necə nəzərdə tutulmalıdır?

Nəm qaz nəql edən daxili qaz kəmərlərinin çəkilməsi mailliyi 3%-dən az olmamalıdır.

  1. AzDTN 2.13-1 standarta əsasən yaşayış məskənləri ərazisindən kənarda polietilen borulardan qaz kəmərlərinin hansı maksimal işçi təzyiq həddinə qədər çəkilməsinə icazə verilir?

AzDTN 2.13-1 standarta əsasən yaşayış məskənləri ərazisindən kənarda polietilen borulardan qaz kəmərlərinin maksimal işçi təzyiq həddi - 6 atm-dir.

  1. Yerüstü boru qaz kəmərləri hansı hündürlükdə çəkilməlidir?

  • Yerüstü boru qaz kəmərləri nəqliyyat vasitələri keçməyən, adamlar gəzən yerlərdə yer səthindən minimum – 2.2 m,

  • nəqliyyat vasitələri və adamlar keçməyən yerlərdə – 0.5 m,

  • nəqliyyat vasitələri keçən yerlərdə minimum – 4.5 m,

  • dəmir yolu keçən yerlərdə minimum – 5.6 m,

  • elektrik dəmir yolu keçən yerlərdə minimum – 7.3 m hündürlükdə çəkilməlidir.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin