Sualtı keçidlərdə istifadə olunan boruların divarının qalınlığı nə qədər olmalıdır?
Sualtı keçidlərdə istifadə olunan boruların divarının qalınlığı 5 mm-dən az olmamaq sərti ilə hesabi qiymətlərdən, bir qayda olaraq, 2 mm çox ölçüdə qəbul edilməlidir. Diametri 250 mm-dən aşağı olan qaz kəmərlərinin su altından qalxmasına qarşı əks təsir göstərmək məqsədilə boru divarı qalınlığının artırılmasına yol verilir.
Su altından paralel qaz kəmərləri çəkilərkən onların oxları arasındakı məsafələr nə qədər olmalıdır?
Su altından paralel qaz kəmərləri çəkilərkən onların oxları arasındakı məsafələr 30 m-dən az olmamaq sərti ilə yerinə yetirilməlidir. Gəmiçiliyə yararlı olmayan və sahili yuyulmayan çaylarda, həmçinin əhalinin məskunlaşdığı ərazilərin hududlarında olan keçidlərdə iki kəmərin bir xəndəkdə
çəkilməsinə yol verilir. Bu halda qaz kəmərlərinin arasındakı məsafə 0,5 m-dən az olmamalıdır.
Su hövzəsi ərazilərindən qaz kəmərləri çəkilərkən onların arasındakı məsafənin, bu kəmərlərin xətti hissələrindəki məsafə qədər qəbul edilməsinə yol verilir.
Qaz kəmərlərinin sualtı keçidlərdə kəsişdiyi su maneələrinin dibinə qədər dərinliyi necə nəzərə alınmalıdır?
Qaz kəmərlərinin sualtı keçidlərdə kəsişdiyi su maneələrinin dibinə qədər dərinliyə salınmaqla nəzərdə tutulmalıdır. Ballastlasdırılmış qaz kəmərinin yuxarı layihə səthi çay dibinin proqnozlaşdırılan profilindən 0,5 m, gəmiçiliyə yararlı çaylarda isə 1 m aşağı səviyyədə, tikintinin
qurtarmasından sonra 25 il muddətində çay dibinin mumkun ola bilən yuyulmasını nəzərə almaqla qəbul edilməlidir. Gəmiçiliyə yararlı olmayan çayların hövzələrində su altından keçidlər tikilərkən, həmçinin məcrası qaya və daş qruntlarda olan ərazilərdə qaz kəmərlərinin qoyulma dərinliyinin azaldılmasına yol verilir, lakin ballastlaşdırılmış qaz kəmərlərinin yuxarı səviyyəsinin ölçüləri istənilən halda, istismarın hesabi muddəti üçün çayın müəyyən olunmuş yuyulma dərinliyinin dibindən aşağı olması şərtilə qəbul edilməlidir.