Müəssisələrdə qaz avadanlıqlarının texniki xidməti və təmiri işləri kimlər tərəfindən yerinə yetirilir?
İstismar prosesində qaz avadanlıqlarının texniki xidməti və təmiri “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları” və “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın tələblərinə əsasən, müəssisələrin işçiləri və ya müqavilə əsasında Qaz təchizatı müəssisəsi tərəfindən yerinə yetirilməlidir.
İctimai və yaşayış binalarının aşağı təzyiqli daxili qaz xətləri kipliyə hansı təzyiqdə və müddətdə sınaqdan keçirilir ?
CHИП 3.05.02-88 əsasən İctimai və yaşayış binalarının aşağı təzyiqli daxili qaz xətləri kipliyə 0,05 atm təzyiq altında 5 dəq. müddətində sınaqdan keçirilməlidir.
İctimai və yaşayış binalarının aşağı təzyiqli daxili qaz xətləri möhkəmliyə hansı təzyiqdə və müddətdə sınaqdan keçirilir ?
CHИП 3.05.02-88 əsasən İctimai və yaşayış binalarının aşağı təzyiqli daxili qaz xətləri möhkəmliyə 1,0 atm təzyiq altında 1saat müddətində sınaqdan keçirilməlidir.
Binaların daxilində qaz kəmərlərinə qoşulmalar necə aparılmalıdır?
Qaz kəmərlərinin binaların və otaqların içərisində işçi təzyiq altında olan qaz kəmərlərinə qoşulması qəti qadağandır.
Bu zaman binaya (iş aparılan sahəyə) qazın verilməsi dayandırılmalı, istismarda olan boru kəməri sahəsi qazdan azad edildikdən və hava ilə üfürüldükdən sonra qoşulma işlərini yerinə yetirmək mümkündür.
Qaz kəmərlərinin hava ilə üfürülməsi “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”na əsasən yerinə yetirilməlidir.
Qaz təchizatı obyektlərinin istismara buraxılması necə həyata keçirilir?
Qaz təchizatı obyektlərinin istismara buraxılması və qazın verilməsi təsdiq edilmiş qəbul aktına və Dövlət Qaz Nəzarəti İdarəsindən alınmış xüsusi icazəyə əsasən, bir qayda olaraq, müvafiq əmrlə həyata keçirilir.