Sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrində daimi xidmət işçiləri olmadan qaz avadanlıqlarının istismarına hansı hallarda icazə verilə bilər?
Daimi xidmət işçiləri olmadan qaz avadanlıqlarının istismarına aşağıdakı şərtlər yerinə yetirildikdə icazə verilə bilər:
avadanlıqlar giriş qapıları siqnalizasiya qurğuları ilə təmin edilmiş, ayrıca bağlı binalarda yerləşdirildikdə;
bina partlayış təhlükəsi istisna olunan işıqlandırma sistemi ilə təmin edildikdə;
qaz yanacağı ilə işləyən avadanlıqlar müvafiq layihələndirmə norma və qaydalarına uyğun olaraq təhlükəsizlik avtomatikası, avtomatik nəzarət və tənzimləmə vasitəsi ilə təchiz edildikdə.
Sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrin qaz avadanlıqlarına nələr daxildir?
Sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrinin qaz avadanlıqlarının tərkibinə qaz kəmərləri, qaz tənzimləyici məntəqələr və ya qurğular və qazdan yanacaq kimi istifadə edən aqreqatların (qazanlar, sobalar (peçlər) və s.) qaz avadanlıqları daxildirlər.
Yeni tikilmiş istilik qazanxanalarının istismara buraxılmasına hansı işlər yerinə yetirildikdən sonra icazə verilir ?
Yeni tikilmiş istilik qazanxanalarının istismara buraxılmasına aşağıdakı işlər yerinə yetirildikdən sonra icazə verilir:
qaz kəmərlərinin və qaz avadanlıqlarının təhlükəsizlik avtomatikası və nəzarət ölçü cihazlarının layihəyə uyğunluğu və tam istismara yararlığı təmin edildikdə;
tüstü kənaredici və ventilyasiya qurğularının layihəyə uyğunluğu, binanın partlayış təhlükəsizliyini təmin edən elektrik işıqlandırılması ilə təmin olunması;
örtüyün və divarların qaz keçirməzliyi barədə (mövcud divarlara bitişik tikilmiş qazanxanalar üçün) akt təqdim edildikdə;
Qaz təchizatı müəssisəsinin nümayəndəsi və qazanxananın təhlükəsiz istismarına cavabdeh məsul şəxslərin iştirakı ilə tərtib olunmuş qəbul aktının təsdiq olunmuş surəti mövcud olduqda;
xidmət heyətinin biliklərinin yoxlanılması haqqında müvafiq sənəd (protokol) təqdim edildikdə.