Yаşаyış еvlərinində təbii qazla işləyən su qızdırıcılarının quraşdırılması üçün hansı texniki tələblər ödənilməlidir?
Təbii qazla işləyən su qızdırıcılаrı qоyulаn mətbəхlərdə və yа оtаqlаrdа vеntilyаsiyа kаnаllаrı оlmаlıdır. Hаvаnın dахil оlmаsı üçün (nəzərə аlmаq lаzımdır ki, 1 m3 mеtаn qаzın оdluqdа tаm yаnmаsı üçün 9.5 m3 hаvа tələb оlunur) bitişik оtаqlаrа çıхаn divаrın və yа qаpının аşаğı hissəsində bаrmаqlıq və yа qаpı ilə döşəmə аrаsındа boşluq еn kəsiyi 0.02 m2-dаn аz оlmyаn аrа nəzərdə tutulmаlıdır.
Qaz kəməri ilə razetka və elektrik açarları arasında məsafə ən azı nə qədər olmalıdır?
Qaz kəməri ilə razetka və elektrik açarları arasında məsafə 0.5 metrdən az olmamalıdır.
Hansı binaların vanna otaqlarında təbii qazla işləyən su qızdırıcılarının quraşdırılmasına icazə verilmir?
İsti su ilə təchiz edilən mehmanxanaların. sanatoriyaların, istirahət evlərinin vanna otaqlarında, həmçinin isti su ilə təchiz edilən yaşayış otaqlarında təbii qazla işləyən su qızdırıcılarının quraşdırılmasına icazə verilmir.
Qaz cihazları tüstü bacalarına hansı borularla birləşdirilməlidir və birləşdirici borulardan biri digərinin içərisinə nə qədər daxil olmalıdır?
Qaz cihazları tüstü bacalarına metal borularla birləşdirilməlidir. Birləşdirici borular tüstü bacasına kip birləşdirilməlidir. Birləşdirici qollar biri digərinə diametrinin 0,5 hissəsi qədər daxil olmalıdır.
Uşaq bağçalarının yataq və qrup otaqlarının altında qaz cihazlarının quraşdırılmasına icazə verilirmi ?
Uşaq bağçalarının yataq və qrup otaqlarının altında qaz cihazlarının quraşdırılmasına icazə verilmir.
Qazla işləyən sobaların odluq hissəsinin qarşısında ən azı nə qədər keçid məsafəsi olur ?
Qazla işləyən sobaların odluq hissəsinin qarşısında ən azı 1 m. keçid məsafəsi olur.