Cihazlardan və sobalardan tüstü bacasına çəkilən birləşdirici borularda döngələrin sayı ən çox nə qədər ola bilər ?
Cihazlardan və sobalardan tüstü bacasına çəkilən birləşdirici borularda döngələrin sayı 3 ədəddən artıq olmasına icazə verilmir.
Komissiya tərəfindən qəbul edilmiş obyekt hansı müddət ərzində istismara qəbul edilmədikdə yenidən kipliyə yoxlanılır ?
Komissiya tərəfindən qəbul edilmiş obyekt 6 ay müddətinə istismara qəbul edilmədikdə yenidən kipliyə yoxlanılmalıdır .
Sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrinin qaz avadanlıqlarına hansı müddətdən bir texniki xidmət göstərilir ?
Sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrin qaz avadanlıqlarına ayda bir dəfən gec olmamaqla texniki xidmət göstərilməlidir.
İctimai təyinatlı və əhaliyə məişət xidməti müəssisələrindəki, habelə yaşayış evlərinin qaz kəmərlərinin hava ilə üfürülərək nəzarət üçün yoxlanılması hansı müddətdə və təzyiq altında aparılır və təzyiq düşməsi nə qədər ola bilər?
İctimai təyinatlı və əhaliyə məişət xidməti müəssisələrindəki, habelə yaşayış evlərinin qaz kəmərlərinin hava ilə üfürülərək nəzarət üçün yoxlanılması 5 dəq müddətində və, 05 atm təzyiq altında aparılır və təzyiq düşməsi 20 mm su süt.ola bilər.
Sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrində qızdırıcı qazanların daxili qaz kəmərləri hava ilə üfürülərək nəzarət üçün yoxlanılması hansı müddətdə və təzyiq altında aparılır və təzyiq düşməsi nə qədər ola bilər ?
Sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrində qızdırıcı qazanların daxili qaz kəmərləri hava ilə üfürülərək nəzarət üçün yoxlanılması 1saat müddətdə və, 0,1 atm, təzyiq altında aparılır və təzyiq düşməsi 60 mm su süt-na qədər ola bilər.
Məişət (diafraqmalı) qaz sayğaclarının maksimal işçi təzyiqi nə qədərdir ?
Məişət (diafraqmalı) qaz sayğaclarının maksimal işçi təzyiqi 0,05atm-ə (5000 mm su süt) qədərdir.