Qeyri standart qaz cihazlarının qarşısında neçə bağlayıcı kran (ventil) quraşdırılmalıdır?
Qeyri standart qaz cihazlarının qarşısında 2 ədəd bağlayıcı kran (ventil) quraşdırılmalıdır
Tüstü bacalarının və ventilyasiya kanallarının saz vəziyyətdə saxlanılmasına kimlər cavabdehdir ?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən ildə bir dəfədən az olmayaraq tüstü və havadəyişmə xətlərinin növbəti yoxlamalarını və təmizləmələrini aparmadan qazdan istifadə etmək qadağandır. Qaz Təsərrüfatında Təhlükəsizlik qaydalarına əsasən tüstü bacalarının və ventilyasiya kanallarının saz vəziyyətinə binaların sahibləri cavabdehdir.
Qaz yanacağı ilə işləyən qazan aqreqatlarında və onlardan çıxan tüstü bacalarında partlayıcı klapanlar harda və necə nəzərdə tutulmalıdır?
Qaz yanacağı ilə işləyən qazan aqreqatlarında və onlardan çıxan tüstü bacalarında partlayıcı klapanlar nəzərdə tutulmalıdır.
Buxarın təzyiqi 0,07MPa-dan (0,7 kqq/sm2-dən) yuxarı olan buxar qazanlarında və suyun temperaturu 1150S-dən yuxarı olan suqızdırıcı qazanlarda partlayıcı klapanların qoyulması buxar və suqızdırıcı qazanların quruluşunu və təhlukəsiz istismarını tənzimləyən qaydalara uyğun olaraq nəzərdə tutulmalıdır.
Buxarın təzyiqi 0,07MPa-dan (0,7 kqq/sm2-dən) artıq olmayan buxar qazanları və suyun temperaturu 1150S-dən artıq olmayan suqızdırıcı qazanları üçün, həmçinin qazan aqreqatlarının tüstü bacaları üçün partlayıcı klapanların sayı, onların yerləşdirilməsi və ölçüləri layihə təşkilatı tərəfindən təyin edilməlidir.
Tustu qazı bir tərəfə hərəkət edən qazanların kərpic hörgülərində (obmurovkalarında), şaquli slindrik qazanlar, paravoz tipli və lokomobillərin qazanları üçün, həmçinin tüstü bacalarında tüstü sorucularından qabaqda partlayıcı-qoruyucu klapanların nəzərdə tutulmamasına yol verilir.