I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Qəza xidməti briqadası qəza yerinə hansı müddət ərzində çıxmalıdır?



Yüklə 493,24 Kb.
səhifə64/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   60   61   62   63   64   65   66   67   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Qəza xidməti briqadası qəza yerinə hansı müddət ərzində çıxmalıdır?

Qəza xidməti briqadası qəza yerinə, partlayış, yanğın, otaqlara qaz toplanması barədə xəbər verildikdən sonra 5 dəqi­qədən gec olmayaraq çıxmalıdır. Bu halda qəza xidməti ma­şınından, xüsusi hallarda qəza xidməti maşını olmazsa başqa imkanlardan istifadə edilməlidir.

  1. Mənzildə və ya pilləkan qəfəsində qaz iyi gəlir çağırışı zamanı nə edilməlidir?

Mənzildə və ya pilləkən qəfəsində “qaz iyi gəlir” qəza çağırışına gələn qəza briqadası, məlumat verənin göstərdiyi yer­lərdə, eləcə də ona qonşu yerlərdə zirzəmilərdə havanın tərki­bində qazın olmasını yoxlamalı, aşkar olunmuş çatışmazlıqları ləğv etməlidir.
Otaqlarda qaz sızması ləğv edildikdən və otağın havası də­yişdirildikdən sonra, təkrarən otaqda, qonşu binaların otaqların­da və zirzəmilərində qazın mövcudluğu yoxlanılmalıdır.
“Qaz iyi gəlir” qəza çağırışı ilə göstərilən otaqlarda qazın ol­ması aşkar edilmədikdə, pilləkən qəfəsində və binanın zirzəmi­sində qazın mövcudluğu yoxlanılmalıdır.
Yoxlamaq üçün hava nümunəsi təbii qaz üçün yuxarı zona­dan, mayeləşdirilmiş qazlar üçün isə aşağı zonadan (döşəmədən 30 cm-dən artıq olmayan hündürlükdən) götürülməlidir.

  1. Qaz sızmasının yeraltı qaz kəmərindən olması məlum olarsa hansı tədbirlər görülməlidir?

Qaz otağa yeraltı qaz kəmərindən (qazpaylayıcı kə­mərdən və ya qaz girişindən) keçdikdə, qazın sızmasını aşkar etmək üçün qəza briqadası, sızma yerindən 50 metr radiusunda yerləşən bütün qonşu yeraltı qurğularını və binaları (ilk növbədə zirzəmiləri) müayinədən keçirməlidir.
Qaz kəmərinin zədəli yerlərinin müəyyənləşdirilməsi qəza­nın qarşısının alınması və məhdudlaşdırılması planı ilə aparıl­malıdır.
Qaz toplanmış otaqlarda, eləcə də 50 metr radiusunda yerləşən binalarda və yeraltı qurğularda qazın mövcudluğu qəza vəziyyəti ləğv olunan bütün müddət ərzində müvafiq cihazla vaxtaşırı yoxlanılmalıdır.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin