I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Qaz təhlükəli işlərdə hansı alətlərdən istifadə olunmalıdır?



Yüklə 493,24 Kb.
səhifə67/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   63   64   65   66   67   68   69   70   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Qaz təhlükəli işlərdə hansı alətlərdən istifadə olunmalıdır?

Qaz olan yerlərdə işləyən zaman qığılcım yaranmasına imkan verməyən əlvan metalldan hazırlanmış çəkic və kürə işlədilməlidir. Qara metaldan olan alətlərin və başqa vasitələrin işlək hissəsinə qalın qatla solidol, yaxud başqa texniki yağlar çəkilməlidir. Qaz olan yerlərdə qığılcım verə bilən elektrik qurğusundan və başqa elektrik alətləindən istifadə edilməsi qadağandır.

  1. Quyularda və çənlərdə qaz təhlükəli işləri görən işçilər hansı ayaqqabılardan istifadə etməlidir?

Quylarda, çənlərdə və bu kimi yerlərdə işləyən işçilər qaztəhlükəli işlər görərkən dəmir nalı və mıxları olmayan ayaqqabılardan istifadə etməlidirlər. Əks halda ayaqqabılar üzərinə qaloş geyinilməlidir.

  1. Qaz təhlükəli işlərin yerinə yetirilməsi üçün tərtib edilmiş “icazə-tapşırıq”lar və onların qeydiyyatının aparıldığı jurnal neçə il saxlanılır ?

Qaz təhlükəli işlərin yerinə yetirilməsi üçün tərtib edilmiş “icazə-tapşırıq”lar 1 il və onların qeydiyyatının aparıldığı jurnalı isə 5 il saxlanılmalıdır.

  1. Hansı qaz təhlükəli işlər mühəndis-texniki işçinin bilavasitə rəhbərliyi olmadan aparıla bilər?

Ayrı-ayrı məişət qaz cihazlarının birləşdirilməsi, qaz balonlu qurğuların istismara verilməsi, diametri 32mm-dən artıq olmayan alçaq təzyiqli qaz kəmərlərində qaynaq və qaz ilə kəsmə tətbiq etmədən təmir işlərinin aparılması, quyuların nəzərdən keçirilməsi və havanın dəyişdirilməsi, kondensat yığan tutumlardan kondensatın nasosla sorulub çıxarılması, həmçinin də istismar olunan qaz cihazlarına və daxili qaz avadanlıqlarına xidmət edilməsi ilə bağlı qaz təhlükəli işlər mühəndis- texniki işçinin rəhbərliyi olmadan aparıla bilər. Bu halda işlərə rəhbərliyi həmin işlərin görülməsi üçün ayrılmış fəhlələrdən daha ixtisaslı olanına tapşırılmasına yol verilir.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin