I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Qaynaqçı yeraltı qaz kəmərlərində damğanı qaynaq tikişindən hansı məsafədə vurmalıdır?



Yüklə 493,24 Kb.
səhifə70/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   66   67   68   69   70   71   72   73   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Qaynaqçı yeraltı qaz kəmərlərində damğanı qaynaq tikişindən hansı məsafədə vurmalıdır?

Qaynaqçı ona verilmiş şifrəni yeraltı qaz kəmərinin qaynaq tikişindən 30÷50 mm məsafədə vurmalıdır. Bu şifr və ya nömrənin qoyulması metalı üst əritmə üsulu ilə damğa vurmaqla yaxud metalı zədələməyən başqa üsullarla aparıla bilər.

  1. Emalatxanalarda işləyən qaynaqçıların yerinə yetirdikləri işlərin keyfiyyəti hansı müddətdən bir yoxlanılır?

Emalatxanalarda işləyən qaynaqçıların yerinə yetirdikləri qaz kəməri elementlərinin qaynaq edilməsi işlərinin keyfiyyəti hər ay qaynaq nümunələrinin mexaniki sınağı ilə təyin edilməlidir.

  1. Qaynaqçı üçün tərtib edilmiş formulyarlarda nələr qeyd edilməlidir?

Qaynaq quraşdırma işləri aparan təşkilatda hər bir qaynaqçı üçün formulyar tərtib edilməlidir. Bu formulyarda qaynaqçının ixtisas dərəcəsi barədə məlumat, biliyinin dövri olaraq yoxlanılmasının yekunları, qaynaqçının qaynaq etdiyi sınaq birləşmələrinin, qaz kəməri xəttində qaynaq etdiyi birləşmələrin sınağının nəticələri və qaynaqçının işini xarekteriza edən digər məlumatlar göstərilmişdir.

  1. 3 kq/sm2-ə qədər təzyiqli qaz kəmərlərində qaynaq birləşmələrinin keyfiyyəti fiziki üsullarla yoxlanılması zamanı mənfi nəticələr əldə edilərsə hansı tədbirlər görülməlidir?

3 kq/sm2-ə qədər təzyiqli qaz kəmərlərində qaynaq birləşmələrinin keyfiyyəti fiziki üsullarla yoxlanılması zamanı mənfi nəticələr əldə edilərsə normadan 2 qat artıq birləşmələr yenidən yoxlanılmalıdır. Təkrar yoxlama zamanı nümunələrdən birində belə mənfi nəticə alınsa qaynaqçının obyektdə apardığı bütün birləşmələr fiziki nəzarət üsulu ilə yoxlanılır və qaynaqçı işdən kənar edilir.

  1. Qaynaq aparılarkən hansı təhlükəsizlik tədbirlərinə diqqət yetirilməlidir?

 Qaynaq zamanı diqqət yetirilməlidir:

  • Əlcəyin, ayaqqabının və paltarın daim quru olmasına

  • Qaynaq apararkən qövsün yanması zamanı genaratorun və ya transfarmotorun sıxaclarında gərginliyin sabit cərayan üçün 110v və dəyişən cərəyan üçün isə 70v-dan artıq olmamasına

  • Üzün və başın qorunması üçün istifadə edilən xüsusi şitdə və ya şlem –maskada olan şüşənin yararlı vəziyyətdə olmasına

  • Qaynaq şlakının yalnız qoruyucu eynək taxdıqdan sonra metal şotka ilə yoxlanılmasına

  • Metal ərintilərinin qığılcımlarından qorunmaq üçün qaynaq yerinin əvvəlcədən təmizlənməsinə

  • lazım olmadıqda elektrotutucunu(derjateli) cərəyan altında qalmamasına.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin