Qaynaq işlərinə başlamazdan əvvəl qaynaqçı təhlükəsizliyin təmin edilməsi məqsədilə hansı işləri yerinə yetirməlidir?
İşin aparılmasına mane olan əşyaları və tezalışan materilları iş yerindən kənarlaşdırmalı, qaynaq aqreqanı münasib yerdə yerləşdirməli, qaynaq aqreqatının,ölçü cihazlarının, fərdi mühafizə və qoruyucu vasitələrin işlək vəziyyətdə olmasını yoxlamalı, kontaktların möhkəmliyinə və naqillərin izolyasiyasının zədələnmədiyinə əmin olmalı, işıqlanmanın 150лк-dən aşağı olmadığına nəzər yetirməli və iş yerini yanğınsöndürmə vasitəsi ilə təmin etməlidir
Qaz kəmərləri çəkilmiş və qazdan istifadə edən aqreqatlar olan binalarda quyularda qaynaq işləri zamanı hansı təhlükəsizlik tədbirləri görülməlidir?
Qaz kəmərləri çəkilmiş və qazdan istifadə edən aqreqatlar olan binalarda quyularda, kollektorlarda və s. yerlərdə qaynaq işləri aparılmasına başlamazdan əvvəl qazın olması yoxlanılmalıdır. Havadakı qazın miqdarı aşağı
həddinin 1/5-dən artıq olmamalıdır. Sınaq üçün nümunə pis ventilyasiya olunan yerdən götürülməlidir. Qaynaq işlərinin aparıldığı bütün müddətdə binalar yaxşıca ventilyasiya olunmalıdır, quyular və kollektorlarda isə 1saatda havanı 3 qat dəyişdirilə bilən ventilyator və kompressor vasitəsilə hava vurmaqla ventilyasiya olunmalıdır. Neçə növ qaynaq vəziyyətləri mövcuddur və hansılardır?
3 cür qaynaq vəziyyəti mövcuddur:
döşəmə
tavan
üfüqi.
Qaynaq aqerqatı (sak) ilə qaynaq transformatorunun iş prinsipi necə fərqlənir?
Qaynaq aqerqatı (sak) özü elektrik istehsal edir və onu tənzimləyərək qaynaqçıya verir. Qaynaq transformatoru isə elektriki şəbəkədən alır və tənzimləyərək qaynaqçıya verir.
Neçə növ qaynaq şovu var və hansılardır?