I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Hansı qaz təhlükəli işlər iş planı əsasında aparılmalıdır?



Yüklə 493,24 Kb.
səhifə68/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   64   65   66   67   68   69   70   71   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Hansı qaz təhlükəli işlər iş planı əsasında aparılmalıdır?

Qazlaşdırılan şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin qaz şəbəkələrinin istismara buraxılması və qazın verilməsi, təzyiqi 6 kqq/sm2 (0.6Mpa)-dan artıq olan qaz kəmərinə qazın verilməsi, yüksək və orta təzyiqli qaz kəmərinə “qaz altında” birləşdirmə üzrə işlər, QPM və QPS-lərdə qaynaq və qazla kəsmə tətbiq etməklə aparılan işlər, qaynaq və qazla kəsmə tətbiq etməklə orta və yüksək təzyiqli qaz kəmərlərində “qaz altında” aparılan təmir işləri orta və yüksək təzyiqli qaz kəmərlərində istehlakçının qaz kəmərindən açılması ilə əlaqədar qazın təzyiqinin azaldılması və yenidən qaldırılması, ümumilikdə müəssisəyə veilən qazın açılması və sonradan yenə verilməsi işləri–tapşırıq üzrə və qaz təsərrüfatı müəssisəsinin baş mühəndisi tərəfindən təsdiq edilmiş xüsusi plana uyğun, həmin işləri müəssisə öz qüvvəsi ilə apardıqda isə həmin müssisənin baş mühəndisi tərəfindən təsdiq edilmiş xüsüusi plana uyğun aparılır.

  1. Qaz təhlükəli işləri icrası barədə tərtib olunmuş planda nələr qeyd olunmalıdır?

İş planında işlərin aparılmasının dəqiq ardıcıllığı işçilərin yerləşdirilməsi, mexanizmlərə və vasitələrə təlabat göstərilir, həmin işlərin maksimum təhlükəsiz aparılmasını təmin edən tədbirlər nəzərdə tutulur.
İş planında həmçinin qaz təhlükəli hər bir işin aparılmasına cavabdeh olan şəxslər, ümumi rəhbərlik edən və işlərin yerinə yetirilməsi ardəcəlləğını təyin edən və bu işlərin əlaqələndirilməsinə cavabdeh olan şəxs də göstərilməlidir.
Plana uyğun olaraq bu qaz təhlükəli işin aparılmasına cavabdeh olan şəxsə ayrıca tapşırıq verilməli, həmin tapşırıqda işləri yerinə yetirən zaman əsas təhlükəsizlik tədbirləri və işin texnoloji ardıcıllığı göstərilməlidir.

  1. Qaz təhlükəli işlərin icrası barədə tərtib olunmuş planına hansı sənədlər əlavə olunmalıdır?

İş planına və tapşırığa – işlərin aparılması yeri və xüsussiyyətləri göstərilməklə, icra certyoju və ya onun əksi əlavə edilir. Qaz təhlükəli işlərə başlamazdan əvvəl onların aparılmasına cavabdeh olan şəxs icra cizgisinin, yaxud onun surətinin işlərin aparılacağı yerdə obyektin faktiki yerləşməsinə uyğunluğunu yoxlamalıdır.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin