Qəza yerinə gələn rəhbər işçi, qəzanın aradan qaldırılmasına rəhbərlik edənin düzgün göstəriş vermədiyini hiss etdikdə hansı qərarı qəbul etməlidir?
Qəza yerinə gələn rəhbər işçi, qəzanın aradan qaldırılmasına rəhbərlik edənin düzgün göstəriş vermədiyini hiss etdikdə, qəzaya rəhbərlik edəni bu işdən kənarlaşdırmalı və qəzanın tam məhdudlaşdırılması və ləğvi ilə əlaqədar olan bütün işlərə özü və ya onun göstərişi ilə digər məsul şəxs rəhbərlik etməlidir.
Qəza vəziyyətini ləğv etmək üçün qəza yerinə gələn təmir-bərpa xidmətinin növbətçi heyətinin rəhbəri ondan əvvəlki növbə rəhbəri tərəfindən qəzanın vəziyyəti və onun ləğv edilməsi üzrə qəbul edilmiş tədbirlər haqqında məlumatlandırılmalıdır.
Qəza vəziyyətinin ləğvi üzrə işlər nə zaman başa çatmış hesab oluna bilər?
Qəza vəziyyətinin ləğvi üzrə işlər o zaman başa çatmış hesab oluna bilər ki, qaz sızmaları aşkar edilib aradan qaldırılır və qazın otaqlara, qurğulara keçə bilməsi ehtimalı istisna olunur.
Qəza xidmətinə keçən ay ərzində daxil olmuş sifarişlər barəsində hansı tədbirlər görülməlidir?
Qaz təchizatı müəssisəsinin qəza, təmir-bərpa xidməti keçən ay ərzində daxil olan bütün qəza sifarişlərini (məlumatlarını) müntəzəm olaraq əsaslı surətdə təhlil etməli, qaz kəmərlərində, armatur və avadanlıqlarda baş verən bütün nasazlıqların, eləcə də qəza və bədbəxt hadisələrin səbəblərini araşdırmalıdır. Qəza vəziyyətlərinin aradan qaldırılması üzrə əldə olunmuş təcrübəni ümumiləşdirməli və bunun əsasında qəzaların məhdudlaşdırılması və ləğvi planında düzəlişlər aparmalı, eləcə də qaz təchizatı sistemlərinin təkmilləşdirilməsi və qəza vəziyyətləri əmələ gətirə bilən səbəblərin aradan qaldırılması üzrə tədbirlər işləyib hazırlamalıdır.
Qəza, təmir-bərpa heyəti ilə tədris-təlim məşğələləri necə aparılmalıdır?
Qəza, təmir-bərpa heyəti ilə tədris-təlim məşğələləri (dərsləri) Qaz təchizatı müəssisəsinin baş mühəndisi tərəfindən müntəzəm olaraq təsdiq olunmuş proqram və qrafik üzrə keçirilməlidir.
Bu məşğələlərin (dərslərin) təyin olunmuş vaxtlarda keçirilməsinə nəzarət, müəssisənin rəhbəri tərəfindən aparılmalıdır.