I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Qəza vəziyyətlərinin məhdudlaşdırılması və ləğvi üzrə işlər hansı sənəd əsasında həyata keçirilir?



Yüklə 493,24 Kb.
səhifə63/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   59   60   61   62   63   64   65   66   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Qəza vəziyyətlərinin məhdudlaşdırılması və ləğvi üzrə işlər hansı sənəd əsasında həyata keçirilir?

Qəza vəziyyətlərinin məhdudlaşdırılması və ləğvi üzrə işlər qəzaların aradan qaldırılması və məhdudlaş­dırıl­ması planı ilə müəyyənləşdirilməli və əlaqəli idarələrin (yanğın mühafizəsi, təcili yardım, polis, kabel xətlərinin istismarı ilə məşğul olan təşkilatlar, su-kanalizasiya xidməti) qarşılıqlı kö­məyi ilə yerli şəraitdən asılı olaraq, qaz təsərrüfatı müəssisəsinin təsdiq etdiyi, nümunəvi plan əsasında hər bir xidmət tərəfindən işlənib hazırlanmalı və yerli aidiyyəti orqanlarla razılaş­dırılmalıdır.

  1. Qəza vəziyyətinin qarşısının alınması və onun məh­dud­laşdırılması planına nələr daxildir?

  1. Təmir-bərpa işləri necə təşkil edilir?

Təmir-bərpa işləri Qaz təchizatı müəssisəsinin rəh­bərliyi tərəfindən imzalanmış sərəncama əsasən, istismar işçiləri tərəfindən yerinə yetirilir. Həmin işlərin icrası üçün icazə-bura­xılış tərtib olunmalı və qəza xidməti ilə razılaşdırılmalıdır.

  1. Qəza haqqında məlumatı qəbul etmiş növ­bətçi dispetçeri nə etməlidir?

Qəza haqqında məlumatı qəbul etmiş növ­bətçi dispetçeri, qəza xidməti gələnə qədər təhlükəsizliyi təmin etmək məqsədilə, xəbər verən şəxsi məlumatlandırmalı və təcili qəza briqadasını obyektə göndərməlidir.
Daxil olmuş məlumatlar və bildirişlər dərhal qəza məlumatları kitabinda qeyd olunmalıdır: kitabda məlu­ma­tın qeyd olunma vaxtı (tarix, saat və dəqiqə), zədələnmənin xa­rak­teri (məlumat verənin sözlərinə əsasən), qəza yerinə bri­qa­danın çıxma və çatma vaxtı, yerinə yetirilmiş işlər haqqında məlumatlar, işlərin qurtarması və briqadanın geriyə qayıtma vaxtları qeyd olunmalıdır.
Qəzaların ləğv edilməsi üçün göndərilən işçilərə, xüsusi blanklarda kartoçkalar (sifarişlər) açılır və həmin kartoçkada qəza haqqında məlumat verənin imzası ilə qəzaların aradan qal­dırılması təsdiq edilir. Qəza briqadası çağırışda olduqda, sifa­rişlər telefonla verilə bilər.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin