I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Əməyin mühafizəsi xidmətinin işçilərini başqa işlərin yerinə yetirilməsinə cəlb etmək olarmı?



Yüklə 493,24 Kb.
səhifə125/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   121   122   123   124   125   126   127   128   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Əməyin mühafizəsi xidmətinin işçilərini başqa işlərin yerinə yetirilməsinə cəlb etmək olarmı?

İşəgötürən tərəfindən əməyin mühafizəsi xidmətinin mütəxəssislərinin öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb olunması yol verilmir. Əks təqdirdə işəgötürən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə edilir.

  1. Əməyin mühafizəsi məsələlərinin həllində ictimai birliklərin iştirakı və rolu nədən ibarətdir?

İşəgötürənlər, işçilər, habelə ayrı-ayrı fiziki şəxslər əməyin mühafizəsi problemlərini həll etmək üçün birləşərək ictimai birliklər haqqında qanunvericiliyə müvafiq olaraq fəaliyyət göstərən ictimai birliklər yarada bilərlər. Dövlət hakimiyyəti orqanları, habelə işəgötürənlər bu ictimai birliklərə hərtərəfli kömək göstərməli və əməyin mühafizəsinin təmin edilməsi barədə normativ hüquqi aktları qəbul edərkən onların təkliflərini və tövsiyələrini nəzərə almalıdırlar.

  1. Əməyin mühafizəsi sahəsində bələdiyyə orqanlarının səlahiyyətləri nədən ibarətdir?

Bələdiyyə orqanları:

  • əməyin mühafizəsi sahəsində dövlət siyasətinin tabeliklərində olan ərazidə həyata keçirilməsini təmin edirlər;

  • əməyin mühafizəsi üzrə sahələrarası yerli əhəmiyyətli proqramlar hazırlayır və onların yerinə yetirilməsini təmin edirlər;

  • regional problemlərin həlli və əməyin mühafizəsinin təmin edilməsində mülkiyyətçilərə yardım göstərilməsi məqsədi ilə onların pay iştirakı və digər vəsaiti hesabına əməyin mühafizəsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məqsədli fondlar yaradır və bu fondların vəsaitinin təyinatı üzrə xərclənməsini təmin edirlər.

  1. Əməyin mühafizəsi qaydalarının tələblərinə uyğun olmayan fəaliyyət qadağan edilə bilərmi?

Əməyin təhlükəsizliyi normalarının və qaydalarının tələblərinə və Əmək Məcəlləsi ilə müəyyən edilmiş əməyin mühafizəsi prinsiplərinə uyğun olmayan istər işəgötürənin, istərsə də başqa vəzifəli şəxslərin, habelə müəssisələrin və onların struktur bölmələrinin, avadanlıq və qurğuların işi işçilərin sağlamlığı və ya həyatı üçün təhlükə törədərsə, müəyyən edilmiş qaydada səlahiyyətli nəzarət orqanları və ya onların vəzifəli şəxsləri tərəfindən aşkar edilmiş pozuntular aradan qaldırılanadək dayandırılmalıdır.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin