I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üçün tədbirlərin hansı növü vardır?



Yüklə 493,24 Kb.
səhifə122/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   118   119   120   121   122   123   124   125   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üçün tədbirlərin hansı növü vardır?

Əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üçün tədbirlər aşağıdakı növlərə bölünür:

  • Növlərinə görə- təşkilati, texniki, sanitar-gigyenik, sosial-iqdisadi, hüquqi.

  1. Əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlərin yerinə yetirilməsi neçə yerə bölünür?

Əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üçün tədbirlər yerinə yetirilməsinə görə-planlı və plandan kənar (operativ) olmaqla 2 hissəyə bölünür.
Planlı tədbirlər –bu tədbirlər plana uyğun, kollektiv müqaviləyə əsasən həyata keçirilir.
Plandan kənar tədbirlər əmək şəraitinin müntəzəm yoxlanılması nəticələrinə görə, Dövlət nəzarət orqanlarının, müəssisənin, birliyin, rəhbərliyinin sərəncamları və göstərişlərinə əsasən, həmçinin bədbəxt hadisələrin, qəzaların təhqiqi üzrə materialları nəzərə alınaraq, işlənib hazırlanır və həyata keçirilir.

  1. Əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər hansı xüsusiyyətlərinə görə bir-birindən fərqlənir?

Əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planı məzmununa və yerinə yetirilməsi müddətinə görə fərqlənir. Məzmununa görə planlar kompleks və məqsədli, yerinə yetirilmə müddətinə görə aylıq, rüblük, illik və beş illik olur.
Əmək şəraitinin yaxşılaşdırılması üzrə kompleks planlarda texniki, sanitar-gigyenik, təşkilati və digər təhlükəli, zərərli istehsalat amillərinin aradan qaldırılması üzrə tədbirlər nəzərdə tutulur.
Məqsədli planlar dəqiq müəiyyənləşdirilmiş məqsəd daşıyan tədbirlərdir. Məşələn, müəyyən təhlükəli və zərərli istehsalat amillərinin (qazlılığın, tozluluğun, səsin, titrəyişlərin, işıqlandırma səviyyəsinin,ağır əl əməyinin tədbiqi və s.)aradan qaldırılması üzrə operativ tədbirlərdir.
Beşillik planlar müasir texniki vasitələrin, qabaqcıl texnologiyanın, elmin texnikanın yeni nailiyyətlərinin istehsalata tədbiqini nəzərdə tutur. Bu planlarda tədbirlərə xərclənən vəsaitlələrin hər il üzrə müqdarı göstərilir.
İllik plan beşillik plan əsasında tərtib olunur. Bu planda görüləcək tədbirlər, onlara ayrılmış məbləğ, yerinə yetirilmə müddəti (hər ay göstərilməklə) məsul icraçıların vəzifələri,soy adı göstərilir.
Rüblük planlar illik plan tədbirlərinin rüblər üzrə bölünmüş və konkretləşdirilmiş, yerinə yetirilmə müddətləri dəqiqləşdirilmiş və mümkün dəyişiklikləri nəzərə alan tədbirlər planıdır. Bu planlara Dövlət nəzarət orqanlarının və həmkarlar ittifaqının texniki müfəttişliyinin sərancamları, əmək şəraitinin, sex və obyektlərin sanitar-gigyena vəziyyətinin pasportlaşma üzrə yoxlama nəticələlərinin təhlili tələb olunan bütün operativ tədbirlərdə daxil edilir.




  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin