I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Elektrik cərəyanından zədələnmə zamanı ilk tibbi yardım necə göstərilir?



Yüklə 493,24 Kb.
səhifə130/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   126   127   128   129   130   131   132   133   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Elektrik cərəyanından zədələnmə zamanı ilk tibbi yardım necə göstərilir?

  • Elektrik cərayanının insan orqanizminə təsiri nəticəsində termiki yanıq hüşun itirilməsi, nəfəsin kəsilməsi, ani ölüm və ya ölüm halları baş verə bilər. Elektrik cərəyanından zədələnmə həm aşağı, həm də yuxarı gərginliklərdə baş verə bilər. İnsan orqanizmindən keçən 0,05 A gücündə cərəyan qorxulu, 0,1 A isə öldürücü təsirə malikdir.

  • Elektrik cərayanının insana təsirinin nəticəsi həmin şəxsin gərginlik altında qalması müddətindən və ona göstərilən ilkin tibbi yardımdan asılıdır.Bu tədbirlər nə qədər tez və düzgün aparılarsa, bir o qədər də effektli olar.

  • Elektrik cərayanı ilə zədələnmə zamanı ilkin olaraq zərərçəkən elektrik cərayanı təsirindən azad edildilməlidir.

  • Zədələnmə termiki yanıqlarla müşahidə olunarsa I dərəcəli yanıq zamanı yanan yerə yanmaya qarşı maz və ya vazalin sürtmək, II,III və IV dərəcəli yanıqlar zamanı yanan yerə sterlizə edilmiş sarğı qoymaq lazımdır. Zədələnmə nəfəsin kəsilməsi ilə müşahidə olunmuşsa təcili tibbi yardım gələnə qədər zərərçəkənə süni nəfəs verilməlidir.

  • Elektrik cərayanı ilə zədələnmə zamanı zərərçəkəni torpağa basdırmaq olmaz. Bu zaman döş qəfəsi sıxılır, nəfəs alma ağırlaşır və orqanizm soyuyur.

  1. Qanaxmalar zamanı ilk tibbi yardım necə göstərilməlidir?

İstənilən güclü qanaxma zamanı əsas təhlükə ondan ibarətdir ki, orqanizm daxilində qan kütləsinin kəskin şəkildə azalması nəticəsində ürək fəaliyyəti pisləşir. Bu zaman bütün həyati vacib orqanlar da oksigen çatışmazlığından zərər çəkməyə başlayırlar. Bu halda huşun itirilməsi baş verə bilər. Güclü qanaxma zamanı ilk növbədə yaradan hansı qanın axdığını müəyyən etmək lazımdır.
Qanaxmalar 3 cür olur: Kapilyar qanaxmalar, Venoz qanaxmalar, Arterial qanaxmalar. Ən təhlükəli qanaxma arterial qanaxmadır. Bu zaman fəvvarə şəklində al qırmızı qan sürətlə damardan xaric olur və zərərçəkmiş bir neçə dəqiqə ərzində çoxlu qan itirə bilər. Dərhal qanaxmanı saxlamaq üçün tədbirlər görülməlidir. Turna və ya əl altında olan hər hansı vasitədən (ip, rezin, parça, bel kəməri və s.) istifadə etməklə zədə nahiyəsindən yuxarıda iri magistral damarları turna ilə sıxmaqla qanaxmanı saxlamaq lazımdır. Əl altında heç nə olmadıqda iri magistral damarı barmaqla sümüyə doğru sıxmaq lazımdır. Turnanın qoyulduğu vaxt qeyd edilməlidir. Çünki 1-2 saatdan sonra 2-3 dəqiqəliyə sarğını boşaltmaq lazımdır ki, ətrafın qidalanması pozulmasın. Əks halda qanqrena baş verə bilər. Venoz qanaxma zamanı tünd albalı rəngdə qan fasiləsiz yavaş axınla xaric olur. Bu zaman sıxıcı sarğı qoymaqla qanaxmanı dayandırmaq olar. Kapilyar qanaxma zamanı adi sarğı qoyduqda qanaxma dayanır. Bütün hallarda sarğının üstündən buz qovuğu qoymaq ağrını azaltmağa və qanaxmanı dayandırmağa kömək edir. Burun qanaxması zamanı burnun içərisinə hidrogen peroksid məhlulu ilə isladılmış pambıq və ya bint yerləşdirmək, burun pərlərini bir-birinə sıxmaq, burnun üzərinə buz qoymaq lazımdır. Ağ ciyərlərdən qanaxma olarsa (bu zaman köpüklü al qırmızı qan gəlir) zərərçəkənə yarımoturaq vəziyyət vermək, döş qəfəsi üzərinə buz döşəmək, öskürəyi azaldan dərmanlar vermək lazımdır. Qanlı qusma olarsa (bu zaman qusuntu qəhvə çöküntüsünə oxşayır) xəstəyə tam sakitlik verilməli, qarnının üstünə buz qoyulmalı, yeməyə və maye qəbuluna icazə verilməməlidir.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin